Rafiq Tağı - Martiroloji bloknotlar

Poeziya
Rafiq Tağı - Martiroloji bloknotlar
Gör haçandı
artıq tapançaya
oxşar
martiroloji bloknotlarla![]()
gəzirəm dünyanı.
Ordakılardan
quş olanlarının
çoxdan sınıb qanadları,
başdaşlarına köçüb
adları
dünya qəbiristanlıqlarının.
Telefonlarındakı
altı-yeddi rəqəmdən
beş-üçü qalıb
yaddaşımda.
İndi
martiroloji bloknot
səhifələrində
qəbirlər arasında
gəzən kimiyəm.
Ancaq orda
min il gəzib-dolaşsam da,
daim təzə kimiyəm.
Ölməzlər cərgəsindədi
onlar bəlkə də
ölkə
statistikasında,
halbuki ölənlər sırasında
gedir adları -
bunun bir cür adı olmalıdı
stilistikada...
Martiroloji bloknot
səhifələrində
qəbirlər arasında
gəzən kimiyəm.
Uçunuram, devikirəm hərdən -
qəbirlər arasında
daim elə bil
təzə kimiyəm.
Mövzuya uyğun linklər:
Bugünkü həmsöhbətim Azərbaycan Respublikasının "Əməkdar Rəssamı", "Tərəqqi" medallı Rafael Həşimovdur.
İlahə Allahverdiyeva - Dağların Səssiz Nəğməsi və Yaddaşda Qalan Həsrət
AzTV-də yeni sənədli film - “Azərbaycanlıların deportasiyası (1948-1953)”
Fərid Muradzadə - "Qorio ata" əsəri haqqında.
Marina Tsvetayevadan şeir