Edebiyyat.az » Proza » Pedro de Xesus - Ustad evində bayram (hekayə 18+)

Pedro de Xesus - Ustad evində bayram (hekayə 18+)

Pedro de Xesus - Ustad evində bayram (hekayə 18+)
Proza
nemət
Müəllif:
14:37, 27 fevral 2020
1 397
0
Pedro de Xesus - Ustad evində bayram (hekayə 18+)






 Qaçmağın elə  üsulu var ki, daha çox axtarışa bənzəyir. Viktor Hüqo Bu gün sənin  məclisinə  rəng qatmaq ləzzəti  və  xoşbəxtliyi  mənə  nəsib olacaq, Ustad. Mən bilirəm ki, bəzən  sən ümumiyyətlə,  nə  isə  bişirməkdən vaz keçirsən, aclığını da dünənki şamın qalıqları  ilə  öldürürsən. Mən bilirəm  ki,  yemək hazırlamaq sənin  üçün bayramdır;  əks təqdirdə  sənin  əlin  soyuyur. Bayram isə,  Ustad, onu tələb edir ki, başqalarının  qarşılıqlı istəyi olsun,  yaxud  onlar bu istəyin  olduğunu düşünsünlər,  ya da özlərini belə  göstərsinlər,  –  istəyin  dərəcələrindən səndən  yaxşı başı çıxan çətin tapılar. Bayram  onu tələb edir  ki, qonaqlar  gərgin  halda kətillərdə  otursunlar  və  ombalarını birbirinə  toxunduraraq,  əllərini aşağı  uzadıb  yekə  boşqabdakı  qızarmış kartofdan  yesinlər  – sənin  menyunda bu,  yüngül qəlyanaltıdır,  sadəcə  gözün qurdunu öldürməkdir. Bayram  onu diktə  edir  ki, sən "a la  ville roi"  çolpa üçün hazırladığın  sousu bir an  da gözdən qoymayasan, amma  həm  də  gözaltı baxıb  Qırsaqqızın Kamaqueydə  doğulub boya-başa çatdığını və  adının  Əzələ  olduğunu söyləyən kəsin şalvarının qabağını necə  açdığını görəsən. Sən ağzına  bir  qaşıq düyü  qoyub  əmin olursan:  düyü hazırdır, Qırsaqqız  isə  o an diz çökmüş  halda az  qala boğulur.  Sənin çox qəşəng bayramın var,  Ustad:  yetişmiş pomidorları təqribən bir boyda dairələrlə  kəsmək, xırda-xırda doğranmış kələmin,  yaşıl bibər zolaqlarının və  səhranın tozu  kimi narıncı kökün rəng uyğunluğundan ləzzət  almaq; sən kökü həzz ala-ala  sürtkəcdən keçirir və  onu bu  əlvan  kompozisiyanın üstünə səpməyin zərif  sevincindən  məmnunluq  duyursan. Bolluq-bərəkət rəmzi olan  masanı  –  üstünə  ilahi azuqə  düzülmüş  masanı,  –  təsəvvür etməyin özü artıq bayramdır. Sənin istedadın,  sənin fədakarlığın  sayəsində  firavanlıqdan xəbər verən  piyalə  və  boşqablar sehrli bir tərzdə  işıq saçır. Və  hər  bayramın da öz bayramı var,  Ustad,  –  bu  məqamda  məclis  özünün  əsas  mənasını  kəsb  etməyə  başlayır. Kərə  yağı saatında. Sən soyuducudan elə  bu gün süddən aldığın, dondurulmuş qaymaqla  dolu qabı götürürsən.  Bu, bir  işarədir. Sən deyirsən ki, təmiz  qaymaqdır, Holstin cinsli inəyin südündən alınıb; qonaqlar isə  kətillərdən durub böyük çarpayının  üstündə  otururlar; qapıya  yaxın olan balaca çarpayı isə  səninkidir. Sən qaymağı çalmaq  üçün qaşıq  və bardaq götürüb öz çarpayına  əyləşirsən.
 Ah, Ustad,  dünyada özün kərə  yağı  düzəltməkdən ləzzətli  və  sirli bir  şey  yoxdur. Ağ inadkar  kütləni  yumşaltmaq.  Elə  etmək ki, ram  olmuş, dübür-dübür  maddə  yenidən bərkisin və  taleyi ilə  barışmaqdan  əl çəksin. Rəhm  etməmək,  müqaviməti sındırmaq; kütlənin içindən öz  ilkin ağlığı ilə  vidalaşıb sarı rəngə  çalmağa başlayan  maye fışqırana qədər  əzmək.  Ağlığın getməsi sənin təmizlik  yanğını soyutmayıbmış  kimi, su  əlavə  edib kütləni  yumaq, hər  şeyi  axıra qədər  sıxıb çıxaranadək  yenə,  yenə,  yenə  də  istəmək. Sənin işin  –  yağ çalmaqdır, Ustad. Dünyada özün kərə  yağı düzəltməkdən ləzzətli  və  sirli bir şey  yoxdur. Beləliklə, otur və  çal.  Yağı bir haldan başqasına keçir və  bunu ritmik  şəkildə, Qırsaqqızla Əzələnin ritmini təkrarlayaraq, elə. Qırsaqqız çarpayının  yanında  əyilir. Sağ  əlini  çarpayının qırağına  söykəyir, sol  əli ilə yanını aralayır. Əzələnin hələ  tam  durmamış Həyatının Mənası birdən, elə  bil sehrbazlıq edərək, deşiyə  baş vurur. Üzündə  anlaşılmaz bir ifadə  olan Qırsaqqız  dalabadal həmlələrə məruz qalır.  Başını  aşağı salıb gözlərini qıyaraq, şirin sözlərin  əbədi  çeşidini dilə  gətirir: ―Səninki  ən  böyükdür‖, ―Səninki  ən  yaxşıdır‖,  ―Ah,  mənim erkəyim‖,  ―Əzizim,  mən həmişəlik  səninəm‖. Əzələ  öz Həyatının  Mənasının necə  hərəkət  etməsinə  baxmaqdan  ləzzət alır. Heç  kim, hətta sən  də,  ey  Ustad, qaymağın  yağa çevrilməsinin  mistik  sirlərini duymur. Sən çalmaq  prosesinin  qanunauyğunluqlarına  əmin bir şəkildə, avtomat kimi, qaşıqla işləyirsən və  bir an  belə  rahatlıq vermədiyin bu konkret və  unikal  qaymaqların fərdi xüsusiyyətlərini vecinə  almırsan. Qırsaqqız  Əzələni özünəvurğunluq  aləmindən  ayırır və  ayrı  bir poza təklif  edir. O, razılaşıb Mənanı çıxarır. Çarpayının küncündə  oturub arxaya  uzanır  ki, Qırsaqqız  dili ilə Mənanı öz ifrazatından  təmizləsin,  sonra da sorsun  –  qoy  o gah görünsün, gah da  itsin; Əzələ  özü isə  təsadüfən  əlinə  keçən  və  qeyri-iradi ikiyə  qatladığı  balışı başının altına qoyaraq, bu  mənzərədən ləzzət almağa başlayır. Lakin tezliklə  Əzələyə  darıxdırıcı  olur: Qırsaqqız Mənanı  bütünlüklə  udub və  yalnız bu acgözün gur  saçlarının  eynən Parkinson xəstəliyində  olduğu kimi  yeknəsəq titrəməsi görünür. Yaxşısı budur  ki, Qırsaqqıza axıradək ağzına almamağı,  yalnız belə  görüntü yaratmağı  əmr etsin.  Onda Əzələnin nəzərləri  möcüzədən  həzz alar:  onun Mənası gah ölümə,  gah  dirilməyə  yaxın olar; ölüm, dirilmə,  yenə  ölüm,  yenə  dirilmə  –  hadisələrin bu növbələşməsi vasitəsi ilə  Tanrı kəşf  edilir. Dünyada özün  yağ  düzəltməkdən sirli və  ləzzətli bir şey  yoxdur,  Ustad. Heç  nə  o  anla müqayisəyə  gəlməz  ki,  sən baxmadan belə  (sən  baxmaya  da bilərsən), öz təcrübəli  və həssas  əlinlə  duyursan:  çevrilmə  indicə  baş  verəcək, daha bir hərəkət  edən kimi  o şirə, o mübarək  maye  kasaya  töküləcək. Elə  isə, dayan, Ustad.  Əzələ  tələb edir ki,  Qırsaqqız onun üstünə  otursun; Qırsaqqız təzədən çevrilib özünü  Mənaya keçirir və  elə  göstərir ki, guya o,  böyük olduğu  üçün bu  iş alınmır və  beləcə  Əzəzləyə  təlqin edir: Qırsaqqız qayka kimi ona  bağlanır və  o da  bolt kimi ona  yiyələnir,  qoy  qətiyyən şübhəsi  olmasın. Ustad,  səndən fərqli olaraq, Qırsaqqız dayana bilmir. Gözlərini qıyır, başını aşağı salır, qolları  gərilir. Atılıb-düşür,  əyilir, qıvrılır. Onun  yumşalmış cinsiyyət  üzvündən qatı ağ  maye  axaraq, döşəməyə  tökülür.
  O dayana bilməz, Ustad. O davam etdirməlidir, hərçənd o,  büsbütün  yumşalıb,  hər həmlədən sonra özünün daha çox  yumşaldığını və  kənarlaşdığını  hiss edir və  anlaşılmaz bir acıq  –  ya  acıq,  ya  da qızğınlıq,  –  bəzən  onun qulağına  pıçıldayır:  ―Dayan, bəsdir‖. Amma indi artıq o  heç  bir vəchlə  dayanmaz.  Onun apofeozu başlayır: o ağlamsınır, şirin sözlər çeşidini  yeni  pafosla bəyan edir; Əzələyə  yalvarır: ―Vur  məni.  Öldür  məni‖. Əzələ özünü elə  göstərir ki, guya  heç nə  anlamır,  –  bilir ki, bu  yalvarışlarla  o, hiyləgərcəsinə onu qurtarmağa təhrik  edir. Qırsaqqız  məharətlə, incə  şəkildə  titrəyir;  təkidlə  deyir: ―Məni  əldən  buraxma,  əzişdir,  islat  məni,  mənim  erkəyim, ah, sox  mənə, qoy  ölüm, əzizim, öldür  məni,  bircə  arzum  var  –  səninki  içimdə  olarkən ölmək‖. Boltun beyni dumanlanır. Dirsəklənib  yumruğu ilə  onun  ombasına vurur  –  ―Qurtar oyunbazlığı, qancıq‖  –  ki, səsini kəssin.  Qayka  isə  –  ―Ah,  anacan, kaş  görəydin,  əziz anam,  ərim  məni necə  əzişdirir‖  –  əzabkeş  görkəmində  ikiqat olur  –  ―Ah, anacan‖  – əllərini döşəməyə  söykəyib akrobat  kimi qıvrılaraq dayanır, onu da dayanmağa vadar edir. ―Yenə,  yenə,  azdır,  yenə  vur  məni, Əzələ, qoy  anam  görsün  ki,  ərim  məni necə çırpır, oy, çırpır və  şapalaqlayır‖. Əzələ  arxası  üstə  uzanıb cibindən  siqaret çıxarır,  yandırıb  dikəlir.  Acıqlı və  amansız bir şəkildə  –  onun daha özündən ləzzət  almağa  halı  yoxdur,  həvəsi qaçıb  –  itaət göstərir: quduzlaşmış kimi  Qırsaqqıza daxil  olur və  hər  hərəkətində  onun kürəyini  yandırır. Ustad, dünyada heç  nə  sənin arzuladığın şeylə  müqayisəyə  gəlməz:  sən  əlindəki  qaşıqla sonuncu dəfə  kütlənin  üstünə  basırsan və  budur,  yorğunluq və  sevinc  parlayan üzdə  dişlər ağarır; eyni  təntənəli  mimika ilə  Qırsaqqız  –  onun kirpikləri  yaşla  doludur, bədəni tərləyib, taqətdən düşüb, elə  bu saat qalmaqal  salmağa hazırdır  –  o  dünyadan gələn səslə Əzələdən tələb edir: ―Mənim  üçün uşaq,  uşaq düzəlt‖. Əzələ  kənara  çəkilb  Qırsaqqızı itələyir; o,  üstünə  qurğuşun töküblərmiş kimi  əldən-dildən düşmüş halda döşəməyə  sərilir. Əzələ  yalın  ayağı ilə  onu  itələyərək, döşəmədə  öz istəyinə  uyğun şəkildə  uzadır: o,  yandırdığı kürəyi  bütünlüklə  görmək, Mənanı sıxıb sağmaq,  yanıqların  üstünə  səpələnən şeyə  baxmaq istəyir: bu, onun öz mayesidir,  onun, yalnız onun  Təcəllasıdır. Ustad, sənin işin  yağ çalmaqdır; kasadakı  mayeyə  baxıb  yüzüncü  dəfə  əmin olmaqdır ki, ağlıq saralıb, lombalar  da  əriyib. Sən heç nə  demədən  əlinlə  hamamın qapısını  göstərirsən –  yəni, gedin  yuyunun,  özün isə  –  qonaq otağı-mətbəxdə  –  yağın üstünə  su töküb əndərirsən,  yenə  töküb  əndərirsən, elə  bil ağlığın getməsi  sənin təmizlik istəyini  qane etməyib. Qonaqlar  yuyunduqdan  sonra sən  süfrə  açıb bütün boşqab  və  piyalələri masaya düzəcəksən.  Mən bilirəm  ki,  yemək hazırlamaq sənin üçün bayramdır;  əks təqdirdə  sən bununla  məşğul olmazdın. Bayram isə, Ustad,  tələb edir ki, başqalarının  –  Qırsaqqız və Əzələnin  –  qarşılıqlı istəyi  olsun,  yaxud onlar  bu istəyin  olduğunu düşünsünlər,  ya  da özlərini belə  göstərsinlər. Nuş olsun! 

Ruscadan tərcümə  edən: Mübariz Cəfərli


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)