Edebiyyat.az » Proza » Murad Muradov - Qırmızı qəbir

Murad Muradov - Qırmızı qəbir

Murad Muradov - Qırmızı qəbir
Proza
nemət
Müəllif:
18:59, 27 mart 2020
1 680
0
Murad Muradov - Qırmızı qəbir

 


 

 

2017-ci il aprelin iyirmi dördündə  Aliyə adlı iyirmi üç yaşlı qadın, öz evində intihar elədi. Onun vida məktubu bir neçə cümlə ilə bitirdi. 

Övladları ilə belə tez vidalaşdığı üçün onlardan üzr istəyirdi: “Cəhənnəm dərd çəkdiyin yer deyil, dərd çəkdiyini heç kimsənin bilmədiyi yerdir.” 

İntihar edən gəlinin faciəsi tezliklə bütün kəndə yayıldı. Hamı baş verən qorxunc hadisədən danışır, özünü günahkar bilirdi. Və hər kəs bu ölüm hadisəsinə görə peşman olmuşdu. Kəndin köhnə qəbristanlığında üstü qırmızı  parca ilə örtülmüş bir gəlin qəbri də artdı...

Aliyə illər öncə bu kəndə Mürsəl adlı bir oğlana ərə gəlmişdi. Hamı bu iki gənc çütlüyü bir-birinə çox yaraşdırırırdı. Görənlər bu yaraşıqlı cütlüyün gözəlliyinə heyran olurdular. Aliyənin uzun qara saçları, iri gözləri, zərif burnu, dolu dodaqları var idi.  Ər-arvada baxan insanlar köks ötürür, ideal görünən cütlüyün gözə gələcəyini söyləyirdilər. Və gözə gəldilər də. Mürsəl iş yerində ehtiyatsızlıqdan   dünyasın dəyişdi. Şahidlərin sözlərinə görə hadisə səhər saatlarında tikintidə baş vermişdi. Aliyə  iki məsum körpə ilə dul qaldı... 

Mürsəlin ölümü Aliyəni çox sarsıtsa da, iki övladı üçün yaşamalı idi. Və bunu özü də çox gözəl bilirdi. İndi onu: “ Mən bu körpələri necə  böyüdəcəyəm? Qadınların daha az söz sahibi olduğu bir cəmiyyətdə, təhsil olmadan, bir yerdən gəlir gəlmədən  necə olacaqdı bu işlərin axırı?” sualları daha çox düşündürürdü. Bu suallar onun başını elə qatmışdı ki, ərinin ölümü yadından çıxmışdı. Tək hiss etdiyi Mürsəldən geridə qalanları xilas etmək idi. Uşaqlar Aliyədən daha çox atalarına meyil salmışdılar. Heç vaxt ana deyib ağlamazdılar. “ay ata, ay ata” çağırıb, ağlayardılar. Onun yeri indi daha çox görünürdü... 

Həftələr ayları, aylar illəri qovurdu. İki uşaqla, gənc yaşda dul qalmış qadına nə Mürsəlin valideyinləri, nə də öz valideyinləri sahib çıxdılar. Qardaşları ona- "eldən ayıbdı” nağılın danışıb, ata evinə, kəndə qayıtma, deyirdilər:

-Buralarda dul qadına yaxşı baxmırlar! 

Otur evində, uşaqlarına sahib çıx! 

Biz də bacardığımız qədər kömək edərik!

Mürsəlin ailəsinə gəldikdə isə əzəldən onların evliliyinə razı deyildilər. Qaldı ki, indi ona sahib çıxsınlar. Belə deyim var ki, ölən övladın qoxusunu   balalarından alarlar Amma bu məsəlin   bu insanlar üçün heç bir mənası yox idi. 

Beləcə bir il də keçdi.

Aliyə istirahət mərkəzlərinin birində xadimə olaraq işləməyə başladı. Qadın tək canı ilə birtəhər qaragün balalarına baxa bilirdi. İşi çətin olduğuna görə   heç vaxt uşaqlarını hamı kimi məktəbə özü aparıb-gətirə bilmirdi. Onları dizi üstə yatırıb, başlarını sığallamağa zamanı yox idi. Bütün bunlar vicdanını çox sızladırdı. Gecələr uşaqları öpüb qoxlayar, olanlara görə gizli-gizli ağlayıb, onlardan üzür istəyərdi. Bütün bunlar azmış kimi kənd camaatının  qadınlı-kişili Aliyəyə münasibəti yaxşı deyildi. Dul qadın olaraq onun daşı da özü kimi ağır olub düşmüşdü ətrafında olan bir çox insanların başına. Qadınlar ona başqa gözlə baxırdılar. Bu gözəlliklə qorxurdular ki, ərlərini başdan çıxardıb əllərindən alar. Kişilər isə ona fahişə kimi baxırdılar. Cinsi tələbatlarını ödəyə bilmək, onunla yatmaq  fikri çoxunun arzusu idi. Çünki bu kənddə “dul və yalnız qadın” əksər kişilərin gözündə seksual obyektə, ən yaxşı halda “ikinci qadın”a çevrilirdi. Yanlarından ötüb keçəndə ona söz atıb deyirdilər: “Allah bilir, kim saxlayır bunu”. Bütün bunlar Aliyəni çox narahat edirdi. Çalışırdı, bunlara fikir verməsin. Susurdu, cavab vermirdi. Onları belə cəzalandırırdı. Amma həyat getdikcə  zalımlaşırdı. İş yerində də ona qarşı eyni münasibət yaranmağa başlamışdı. Gözəlliyi ona təhlükə yaradırdı. Aliyə artıq dözə bilmir, boğulurdu. İş yerindən də ayrıldı.

Ölən arzular, ürək parçalayan əzablar hər gün daha da çoxalırdı. Heç çürə baxa bilmədiyinə görə, məcburiyyətdən uşaqları internat məktəbinə yerləşdirdi. Evə gəlib qapını açdı. Qapı açılınca evin soyuqluğu üşüyən qəlbinə ox kimi batdı. Ev bomboş idi: Nə ər, nə də oğul-uşaq yox idi. Evə gəldiyində gülərüzlə qarşılanma üçün, nələri verməzdi. Evi boş, ürəyi boş. Evi soyuq, ürəyi ondan da soyuq idi. Artıq qərarını vermişdi: Güzgüdə diqqətlə özünə baxdı. Tezliklə bu sifətə, bu gözəl cizgilərin üzərinə ölüm kölgəsi düşəcək! 


Ərindən qalan səliqəli ağ köynəyi zərif vücuduna geyinib, evin tən ortasında əyləşdi. Ölümə hazırlaşan Aliyə bir müddət fikrə getdi Ayağa qalxıb dolabın siyirməsini çəkdi, oradan anasının verdiyi ən qiymətli cehizi- gümüş xəncəri göturdü. Xəncəri sol biləyinə dirəyib sürtdü. Yarası lap kiçik oldu. Başı fırlandı, əlləri əsdi. Bir daha cəhd edib bu dəfə daha dərin yara açdı. Gözünün önündə hər şey al-qırmızı rəngə boyandı.  Bu, yarasından fışqıran qan idi. Dodağını dişlədi, sifətinin ağrıdan necə əyildiyini hiss etdi. Ərinin və özünün olduğu toy şəkilini, qanlı qoluyla silib vida öpüşü qondurdu. Aliyə üstdən aşağı, əlində tutduğu şəkildə ərinin gözlərinə baxdı. Bu, onun görüb-görəcəyi son insan sifəti idi. Diqqətlə ərinin sifətindəki bütün cizgilərə tamaşa elədi. Aliyə baxır, baxmaqdan doymurdu:  Əyilib o dodaqları bir daha öpdü. 

Qan döşəməyə yayılırdı. Canında çox dözülməz ağrı hiss etsə də, səsini çıxarmırdı. Rəngi get-gedə solurdu. Döşəməyə axan qanın üzərinə uzandı. Saçları, yanağı isti qanında islandı. Beləcə həyata gözlərini yumdu...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)