Azad Müzəffərli - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər (hekayə)
Moskvada MDB tarixçilərinin beynəlxalq konfransıydı. Növbəti iclas yenicə başa çatmışdı. Nahar fasiləsiydi. Alimlər isveçsayağı süfrədəki təamların ləzzətini çıxarırdılar. Azərbaycanlı, gürcü və rus tarixçiləri baş-başa vermişdilər. Televizorda qalmaqallı veriliş gedirdi. İstər-istəməz onlar da söhbətlərinə ara verib həmin verilişə baxmalı oldular. Körpəsini bərk-bərk qucağına basan kişi xeylağı sinəsini döyəcləyərək səsinə güc vermişdi; bu qondarmadır, bizimkilərdən bəzilərinin məqsədyönlü uydurması, biz qətiyyən erməni deyilik, biz qaraçıyıq, qaraçı, köklü-kökənli qaraçı, biz bununla fəxr edirik!!!
Bu dəmdə erməni tarixçi hövlnak özünü onların masasına dürtdü. Dil boğaza qoymurdu.
- Bu türklərin işidir, yüz faiz bu verilişdə azərbaycanlıların əli var...
- Bizə şər atmaqdan yorulmadınız da. Əgər, Bakının əli Moskvaya qədərincə yetsəydi, sizin Qafqazda heç iziniz-tozunuz da qalmazdı, yaramazlıqlarınızdan əl çəkmirsiniz ki, çəkmirsiniz.
- Bunlar boşlardır, erməni qaraçıları, sadəcə, bizim cəmiyyətə assimilyasiya olunduqlarından özlərini erməni sayırlar. Onlar qətiyyən bizdən deyillər...
Bu dəmdə özünü saxlaya bilməyən rus tarixçisi də istehzalı tərzdə erməni həmkarını iynələdi.
- Deyək ki, boşları bir təhər başa düşdük, bəs, Ermənistandakı vanetsilər, aparantsılar, kyavartsılar və digər qaraçılar da erməni qaraçılarıdı?
Ermənilərdən heç də türklərdən az çəkməyən gürcü də dilə gəldi:
- Bu həqiqətdir də, nəhayət, boynunuza alın da, siz ümumilikdə ayrı-ayrı qaraçı tirələrinin, elatlarının toplumusunuz. Tarixçi olaraq yaxşı bilirsiniz ki, millətlər, xalqlar mərkəzləşmiş dövlətlər yaranandan bəri formalaşıb, siz də eləcə. Hər bir millət, xalq qohum, simsar qəbilə, tayfa, elatların könüllü və ya güc vasitəsilə birləşdirilməsi nəticəsində araya-ərsəyə gəlib. Sizin kötüyünüzdə isə əsasən qaraçılıq dayanır.
- Həqiqətin gözünə dik baxmağı öyrənin də, Rumıniya, Bolqarıstan, İspaniya, Almaniya və digər neçə-neçə ölkədə qaraçılar saya gəlmir. Di gəl, heç eşitmisiniz ki, nə bilim rumın qaraçısı, bolqar qaraçısı, ispan qaraçısı, alman qaraçısı, eləcə də, digərləri... Necə olur ki, ancaq erməni qaraçısı olur? Məntiqli sualdır, elə deyilmi? Özünüzü o yerə qoymasanız da, siz də əzbər bilirsiniz ki, siz qaraçı əsillisiniz, vəssalam - deyə azərbaycanlı alim ermənini yaylım atəşinə tutdu.
- Ara, siz nağıl danışırsınız, erməniləri gözünüz götürmür, ona görə bizim tariximizi saxtalaşdırırsınız...
- Burda deyiblər e, adımı sənə qoyum, səni yana-yana qoyum. Nəinki, biz, bütün xalqlar əzbər bilir ki, ələlxüsus da dünyanın cilovunu əlində saxlayan dövlətlər ki, siz qaraçısınız. Adicə bir misal, qaraçılara yaxşı bələd olan görkəmli yazıçı Ernest Heminqueyin əsərlərində də erməni qaraçılarından söhbət açılır, gözbağlayıcılıq, sehrbazlıqla məşğul olan qoca erməni surətini bir yadınıza salın, barı... Bəlkə, onu da türklər yola gətirmişdilər, hə? Axı, hamı bilir ki, o daha çox sizlərə meylliydi? Buna nə deyirsən?
Erməni meydanda tək qalsa da, dilinə dinclik vermirdi.
- Biz dünyada ən ağıllı millətik, sadəcə, haqqımızı qədərincə ala bilmirik. Vasko da Qamadan əvvəl makedoniyalı İsgəndərin qoşununun tərkibində Hindistan sahillərini ilkin fəth edən də bizik.
- Hansı fəth etməkdən danışırsan, sizin ulularınız dünyaya gözünü elə orada açıb da, ay bədbəxtlər... Onun-bunun qoltuğuna sığınmaq sizin anadangəlmə şakərinizdir. Siz nadanlığınız ucbatından, öz yerinizi isitmək naminə doğmaca yurdunuz, vətəniniz Hindistana da xəyanət edərək makedoniyalıların, sonradan ingilislərin və digərlərinin orada möhkəmlənməsinə yardımçı olmusunuz. Bəli, siz Hindistan qaraçılarının bir növü olaraq ora üz tutan bütün yadellilərə mayaklıq etmisiniz.
- Bax, görürsən, yenə də bizi gözünüz götürmür deyə düz danışmırsınız. O vaxtlar yaxşı tacir olduğumuzdan xaricilər bizlərə yaxınlıq edirdilər, bütün ticarət yolları bizim hesabımıza gur inkişaf edirdi.
- Yaxşı görək, bizə də yox da... Alıb-aldatmaqda kimsə sizə çata bilməz, tacirlik isə başqa şeydi. Qulaq as, zəhmət olmasa, hələ altıncı əsrdə, indiki dilnən desək, erməni Zelob Qlak öz əsərlərində sizin qaraçı olduğunuzu etiraf edib. O yazırdı ki, siz vaxtilə Bizansa sarı yollanıb, oradan da ilkin olaraq əsasən Suriya və Liviya ərazilərində məskunlaşmısınız. Sizin əsl vətəniniz isə Hindistanın Pəncab vilayətidir, bunu yaddan çıxarmayın. Hətta, sizin indiki tarixçilərinizin xeylisinin əsərlərində də buna işarələr çoxdur, bunu açıq-açığına etiraf edənləriniz də az deyil.
Söhbətin bu məqamında erməninin həyasızlığına duruş gətirə bilməyən rus tarixçisi daha bir danılmaz faktı dilə gətirdi:
- 1984-cü ildə - hələ Sovetlərin gurladığı çağlarda Moskvada çapdan çıxan “Narodonaseleniye stran mira”(dünya xalqlarının məskunlaşması) kitabında da erməni, qaraçı, sinq və pəncəb dillərinin yaxın olduğu konkret əksini tapıb. Başa düş, Sovet dövründə, özü də rəsmi şəkildə.
- Allah Strabon, Tasit, Düma, Puşkin, Qriboyedev, Veliçko, Şopen və digər haqq edənlərə qəni-qəni rəhmət eləsin, onlar sizlərin insanlıq adına yamaq olduğunuzu, başkəsənliyinizi, namərdliyinizi cani dildən dəfələrlə vurğulayıblar, - deyə azərbaycanlı əlavə elədi.
Qaraçı “erməni”nin təpəsi tüstüləyirdi. Zəncir gəmirirdi. Vulkan kimi püskürməyə girəvə axtarırdı. Bu məqamda ələlxüsus da rus tarixçisinin “uf” demədən dərisini soymağa, diri-diri yandırmağa müntəzirdi.
- Həmişə Qafqazda sizin maraqlarınızı qoruyan yeganə dövlət olsaq da, amma çox vaxt bizi ayağa verirsiniz.
- Başa düşmədim, hələ də danışmağa dilin var... Əsrlər boyunca sizə qahmar çıxsaq da, bunun müqabilində hələ bizi ittiham eləməyə diliniz də gəlir? Hay-hay, biz olmasaydıq, sizin Qafqazda nə işiniz vardı ?
- Düz deyir də, sizlər Şimali-Qərbi Hindistandan indiki Pakistan, Əfqanıstan, İran, oradan da Bizans ərazilərinə köç etmisiniz. Daha sonralar gah ingilislərin, gah rusların, gah farsların, gah da nə bilim kimlərin qoltuğunda onların geopoltik maraqlarına uyğun yerdəyişmələr etmisiniz, o cümlədən, xüsusən də Azərbaycanın müxtəlif ərazilərinə, İravənə qədər. Fürsətcillik, naqislik qanınızdadır. Sizə qucaq açanların, dar gününüzdə bir parça çörəyini belə sizinlə bölüşənlərin kürəyinə xəncərinizi saplamaqdan ötrü sinov gedirsiniz.
Nə qədər kəsərli faktlar ortalığa qoyulsa da, qaraçı erməni susmaq niyyətində deyildi. Yeri gəldi, gəlmədi “Ucsuz-bucaqsız Ermənsitan”ın “tarixinə” baş vurmaqdan usanmırdı. Artıq hamının diqqəti bu masadaydı.
- Xeyri yoxdu, özünüzü dünyaya erməni adı altında təqdim etsəniz də, bunu beynəlxalq brendə çevirsəniz də, geci-tezi var, haqq-ədalət mütləq yerini tutacaq.
- Yaddan çıxarmayın ki, biz dünyanın ən ağıllı, müasir millətlərindən biriyik, nədi paxıllığınız tutur?
- Tarix boyunca dünyaya sahib çıxan dövlətlərin maraqlarından lazımınca yararlanmısınız, bu işdə sizə tay tapılmaz. Xristianlıq da tərəzini sizə sarı əyib. Bir də ki, vaxtilə keşişlərinizdən biri sizin heç nəyə yarmadığınızı yaxşı bildiyindən “müdrik” hərəkət edib. Onun hesabına bu gün siz dünyaya dolaq gələ bilirsiniz. Məhz onun təklifi ilə sizin qadınlarınız ingilis, türk, fransız, rus və digər millətlərin kişilərindən övladlar dünyaya gətirərək sizin geninizi xeyli dəyişdiriblər, bu hesaba başınızı başlara qatmısınız. Bunun üçün sadəcə soyadlarınıza diqqət yetirmək kifayətdir. O keşiş yaxşı bilirdi ki, Hindistan əsilli etnosların qanı domianatdır, ələlxüsus da, qaraçıların. Nə sirdirsə, Allah belə məsləhət bilib. Əsrlərdi bu belədir. Qaraçının bir növü kimi erməni qadını kiminlə ailə qurmağından asılı olmayaraq törəməsi ermənimi deyək, haymı deyək, qısası mahiyyətcə qaraçı olaraq qalır. Hamı yaxşı bilir ki, qozbeli qəbir düzəltsə də, qaraçılar necə var əsasən elə də qalırlar, hətta, oturaq həyata keçsələr də, istənilən sivil cəmiyyətə qovuşsalar da.
Bayaqdan bu mükaliməni lal-dinməzcə izləyən konfrans iştirakçılarından bir qismi nəhayət ki, səbrini basa bilməyərək azərbaycanlı tarixçi ilə həmrəylik rəmzi olaraq şırıqqa çaldı. Azərbaycanlı alim fikrini davam eləmək istəyərkən təkləndiyini görən erməni yanğı vermək üçün ona dilini çıxardı.
- Bizdə təqsir çoxdur, baxmayaraq ki, 30 ilə yaxındı müstəqilik, hələ də, sizin əsl mahiyyətinizi ortalığa qoya bilməmişik. Bu hələ azmış kimi bizim bir sıra alimlərimiz bir o qədər də mahiyyətinə varmadan sizlərə cürəbəcür yurdlar, vətənlər icad edirlər, təəssüf. Bəziləri sizi balkanlara calayır, bəziləri isə hətta bir qədər də irəli gedib sizin türk əsilli olduğunuzu iddia edir. Çox təəssüf, hələki, sizin qaraçı kökənli olduğunuzla bağlı konkret iş görənlərimiz yoxdu. Əslində, bu dövlət səviyyəsində aparılmalıdır. Allaha şükür Hindistanda səfirliyimiz də fəaliyyət göstərir. Nəinki indiki, eləcə də, qədim qaraçı ermənilərinin dilini bilənlərimiz də kifayət qədərdir, o cümlədən, tarixçilərimizdən. Pəncab vilayəti də ki yerində. Hindistanda qədimdən qədim yazılı mənbələr də kifayət qədərdir. Sadəcə, bizim bir millət olaraq bu istiqamətdə ardıcıl və kompleks tədbirlər görməyimizin vaxtıdır, əminəm, nəticə özünü çox gözlətməyəcək. Vaxtilə Şaumyan da aradan cırıb təsadüfən Hindistana qaçmamışdı, o vaxt sizinkilər doğma yurduna indikindən daha dərindən bələddilər. İyirminci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinin elan edildiyi dövrdə bizdə çapdan çıxan mənbələrdə də sizin lap qədimlərdə Hindistandan köç etdiyiniz konkret əksini tapıb. O vaxt siz hələ tarixi indiki qədər saxtalaşdırmağa bir o qədər imkan tapmamışdınız.
- Baxın, paxıllığınızdan bizi görün daha haralardan çıxara bilərsiniz?
- Yaxşı, çox uzağa getməyək, bu yaxınlarda sifətini şirələyib yola saldığınız Serj Sarqsyanı və ya tezliklə həmin taleni yaşadacağınız Nikol Paşınyanı bir anlığa gözünüzün qarşısına gətirin. Hindistan filmlərindəki mənfi qəhrəmanlarla görünüşcə onların bir fərqi varmı, sanki, bir almanı tən bölmüsən. Özü də təkcə görkəmcə deyil, xarakter olaraq da sanki əkizsiniz. Buna nə sözünüz?
Növbəti fakt nə təhər tutarlı oldusa, bu dəfə əksəriyyyət konfrans iştirakçıları sürəkli alqışa qoşuldular.
- İndi başqalarının geni hesabına metisləşərək nisbətən “müasirləşən” siz qaraçılar, yenə də əliəyriliyinizdən, sehrbazlığınızdan, gözbağlayıcılığınızdan, yığıcılığınızdan qalmırsınız. Ona görə ki, bu sizin qanınızda, canınızdadır, zatən qaraçılar dəyişməzdir. Ən çox da bizim torpaqlara göz dikmisiniz. Başqalarının tarixinə, maddi-mədəniyyət abidələrinə, əqli mülkiyyətinə, qədim adət-ənənələrinə, ədəbiyyatına, yeməklərinə, mahnılarına, nə bilim, daha nələrinə sahib çıxmaqdan usanmırsınız... Bunu qonşumuz gürcülər də dəfələrlə təsdiqləyib... Sizin sifətinizdə insanlıq suyundan əsər-əlamət yoxdu, sizlər bəşəriyyətə yamaqsınız, - azərbaycanlı bütün varlığı ilə hayqırdı.
Acı həqiqətlə göz-gözə qaldığındanmı, indiyə qədər belə çıxılmaz vəziyyətə düşmədiyindənmi qaraçı erməni çaşqınlıq içində olsa da, ilan kimi sancmağından əl götürmək fikrindən uzaqdı:
- Ara, siz türklər o qədər sadəlövhsünüz ki, bizi özünüzə kirvə də seçirdiniz. Mən də vaxtilə sizinkilərdən birinin yox e, bir neçəsinin kirvəsi olmuşam. Ara, elə sizin Qarabağda uduzmağınızın başlıca səbəblərindən biri də budur. Adam da oğlunun “kişiliyi”ni qarı düşməninə həvalə edər? Elə bilirdiniz ki, biz buna, bir növ sizinlə qohumluğa təsadüfən razılaşırdıq? – bu dəfə erməni yanğısını acıq verərək Azərbaycan türkcəsində dilə gətirdi.
- Bax, buna sözüm yoxdu, həqiqətən də o bizim köklü səhvimizdi, bu, insanpərvərliklə heç cür bir araya sığmır.
Bayaqdan gönünə çırpılan həqiqətlərdən təndirə dönən qaraçı erməni yandığından bir qədər də üstünə qoyub səsini başına atdı:
- Ara, Artsax da bizimdi, bizim olacaq. Yaşasın “Böyük Ermənistan”...
Bu dəmdə növbəti iclasın başlamasını bildirən sonuncu zəng çalındı. Bir parça tüpürcəyini də bu qaraçı erməniyə artıq bilən tarixçilər istər-istəməz növbəti panel iclasına sarı yön aldılar. Həqarət dolu baxışlardan yayınmağa çalışan erməni də onlara qoşulmaq məcburiyyətindəydi. Dilini qasığına qoymasa da, içində min dəfə şükür eləyirdi ki, ara nə yaxşı, bu dəfəki konfransın mövzusu ermənilərin qaraçı əsilli olmalarına həsr edilməyib. Birdən ağlına gəldi ki, Allah eləməsin, ürəyində dediklərini kimsə eşidən olar, bu, lap dəlinin yadına daş salmaqdı. Bunların hələ biz qaraçı ermənilər haqqında bildikləri tarixi Nadirdən bəzi səhifələrdir, ağıllarına gəlməz ki, hələ biz özümüz haqqında nələri bilirik. Yoxsa, bizi Yer kürəsindən silib-süpürərdilər. Özü-özündən şəkk gətirən qaraçı qırığı tezcənə içində də kiridi.
Tədbir başlayar-başlamaz azərbaycanlı tarixçi isə konfransda deyilənlərə qulaq kəsilsə də, xəyalən ermənilərin əslən qaraçı olmalarına dair Azərbaycanın Bakıda təşkil etdiyi beynəlxalq konfransdaydı. Dünyanın bütün tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri, məşhur tarixçilər, siyasətçi və ictimai xadimlər Azərbaycanın əsrarəngiz paytaxtında cəmlənmişdilər. Moskvadakı konfransa qatılan erməni tarixçisinə isə dəvətnaməni o öz əlləri ilə yazmışdı. Haqq-ədalət divanı başlayar-başlamaz erməni saxtakarlıqları dünyanın bir çox ölkələrinə canlı yayımlanırdı. Hindistanın Pəncab vilayəti - qaraçı ermənilərin dünyaya göz açdıqları məmləkətlə canlı bağlantı isə lap yerinə düşmüşdü, yerli tarixçilər də ermənilərin vaxtilə buralardan dünyaya səpələndiklərini danılmaz faktlarla dilə gətirirdilər. Pəncabdakı qaraçı ermənilərin ulu babalarının tör-töküntüləri Ermənistandakılardan fərqli olaraq həqiqəti danmır, dil boğaza qoymurdular. Yalanın ayaq tutsa da, yerimədiyi kor-kor, gör-gör idi.