Edebiyyat.az » Proza » Kənan İsmayılov - Yaşıl alma ağacı

Kənan İsmayılov - Yaşıl alma ağacı

Kənan İsmayılov - Yaşıl alma ağacı
Proza
Nicat Heşimzade
Müəllif:
22:09, 17 mart 2019
2 222
3
Səhər açılar açılmaz pərdəni qaldırıb, pəncərədən həyətə boylandım. Binalar, ağaclar, küçələr bir sözlə hər yer qar altında qalmışdı. 2 ildi Lalə ilə dərsdən sonra, universitetin qarşısındakı dayanacaqda görüşüb hara gedəciymizi planlaşdırırıq. İlıq çaydan bir-iki qurtum alaraq, evdən çıxıb dayanacağa yol aldım. Dayanacağa təzəcə, çatmışdım ki zəng vuruldu. Bir neçə dəqiqə sonra Lalə universitetdən çıxaraq, iri addımlarla, gülə-gülə yanıma gəldi. - Mən gəldimm. Sənə alma gətirmişəm. Səhər açılar açılmaz pərdəni qaldırıb, pəncərədən həyətə boylandım. Binalar, ağaclar, küçələr bir sözlə hər yer qar altında qalmışdı. 2 ildi Lalə ilə dərsdən sonra, universitetin qarşısındakı dayanacaqda görüşüb hara gedəciymizi planlaşdırırıq. İlıq çaydan bir-iki qurtum alaraq, evdən çıxıb dayanacağa yol aldım. Dayanacağa təzəcə, çatmışdım ki zəng

Yaşıl alma ağacı




Səhər açılar açılmaz pərdəni qaldırıb, pəncərədən həyətə boylandım. Binalar, ağaclar, küçələr bir sözlə hər yer qar altında qalmışdı.

2 ildi Lalə ilə dərsdən sonra, universitetin qarşısındakı dayanacaqda görüşüb hara gedəciymizi planlaşdırırıq. 

İlıq çaydan bir-iki qurtum alaraq, evdən çıxıb dayanacağa yol aldım. 

Dayanacağa təzəcə, çatmışdım ki zəng vuruldu. Bir neçə dəqiqə sonra Lalə universitetdən çıxaraq, iri addımlarla, gülə-gülə yanıma gəldi.

- Mən gəldimm. Sənə alma gətirmişəm.

- Qırmızı yoxsa yaşıl ?

- Yaşıldı, yaşıl

Gülümsəyərək paltosunun cibindən  yaşıl alma çıxararaq mənə uzatdı.

- Alma dadlıdı, almada çoxlu-çoxlu vitaminlər var, hər insan gündə ən azı bir dənədə olsa alma yeməlidir.

- Həə, təbii ki, artıq 2 ildi bu sözləri eşidirəm, elə bil başqa meyvələrdə vitamin yoxdu ( gülürəm )

Deyəsən zarafatım, xətrinə dəydi. Bir andaca boynuma sarılaraq qulağıma pıçıldadı:

- Alma, alma.. Bağışlanmaq üçün almaya ehtiyacım var, almalar mənim tək şansımdı. Başa düş adam, bağışlanmaq istəyirəm, qurtulmaq istəyirəm bu vicdan əzabından..

Qoxumu içinə çəkə-çəkə ağlayırdı.

Elə danışırdı, elə qoxlayırdı, elə öpürdü ki sanki sonuncu şansdı bunlar üçün..

- Yaxşı, yaxşı ağlama dayan, nə olub axı sənə ? Nə vicdan əzabı ? Nə bağışlanmaq ?

- Zarafat etdimm. Almadı da, sadəcə dadını çox sevirəm, bir balaca zarafat etdim. ( gülümsəyir )

- Deməli sən aktyorluq da bacarırmışsan eybi yox nə deyirəm, görərsən sən. De görüm hara getmək istəyirsən?

- Həə, nə bilmişdin. Başım yaman ağrıyır, bu gün heç yerə getməyək məni evə qədər ötür. Həm də evdə bir az işim var.

Laləni evə qədər ötürdükdən sonra, açığı etdiyi zarafat haqqında uzun-uzadı düşünmədim.

Çünki o, həqiqətən almaları çox sevirdi, hər zaman Lalənin çantasında ən azı bir dənə belə olsa alma olurdu. Həmdə ki bir alma bir insanı necə qurtara bilər ki vicdan əzabından?

Hər şey o günün axşamı baş verdi. Tanımadığım nömrədən  zəng gəldi Lalənin intihar xəbərini aldım.

- Lalə.. Lalə özünü asıb..

-  ...

Bir kəlmə belə demədən telefonu söndürüb, bir başa evlərinə qaçdım, təngə nəfəs binalarının qarşısına çatanda, başa düşdüm ki, mən artıq yaşamaq səbəbimi itirmiş bir adamam.

Heç kim Lalədən bunu gözləməzdi, həyat dolu insan idi. Hər zaman gülmək üçün bir səbəb tapardı bu dünyada.

Onun intiharı məndə qalıcı izlər buraxdı, çox ağır günlər yaşadım. Bir müddət içkiyə qurşanıb, hər kəsdən uzaqlaşmağa qərar verdim.

Bir neçə ay sonra avtobus pəncərəsindən

çölə baxanda, gözüm alma ağaclarına sataşdı, sanki bu alma ağacları mənə nəysə demək istəyirdi. Lalənin intihar səbəbi heç kəsə məlum olmamışdı. Bir anda həmin günü yadıma saldım. O, qəribə zarafat yadıma düşdü "bağışlanmaq istəyirəm, vicdan əzabından qurtulmaq istəyirəm" sözləri sanki qulaqlarımda cingildədi.

Avtobusdan ilk dayanacaqda düşərək, üst başımı bir az səliqəyə salıb Laləgilə getmək qərarına gəldim..

Binaya daxil oldum birinci mərtəbə sağ qapını döydüm.

Qapını Lalənin nənəsi açdı, bir neçə dəfə görüşmək fürsətimiz olmuşdu məni görər görməz tanıdı.

- Salam oğlum, necəsən?

- Çox sağolun, hər zamankı kimi. Bilirsiniz, icazəniz olsa Lalənin otağında bir neçə dəqiqə vaxt keçirmək istəyərdim.

- Həə, oğlum keç içəri, keç..

Dəhlizdən keçib qonaq otağına daxil olanda, sağdakı qapı Lalənin otağı idi, qapını ehmalca açıb içəri girdim.

İçəridən hələdə onun qoxusu gəlirdi. Çarpayısına oturub yastığını qoxladım, sanki yenidən həyata qayıtmaq üçün Tanrı mənə bir fürsət verdi.

Yazı masasında çoxlu dəftər kitab vardı, onları qarışdırdım, ən altdakı dəri üzlü dəftər diqqətimdən qaçmadı, çünki digər dəftərlərdən seçilirdi. Onu dəftəri dartaraq çıxardım. İlk səhifəni açanda Lalənin hər kəsdən gizlətdiyi günlüyü olduğunu başa düşdüm.

Uşaqlığından bu günə qədər hər şey burada yazılmışdı. Ən son səhifəni açdım, intihardan əvvəl bir neçə cümlə yazmışdı: 

- bağışlanmaq üçün əlimdə alma, sənə gəlirəm ana. Baxışın üçün darıxıram, səndən sonra heç kim mənə sənin kimi baxmadı, sənin kimi sevmədi məni. Qızın sənə alma gətirir.

Bir neçə səhifə əvvələ qayıtdım. Lalənin anasının xəstəlikdən dünyasını dəyişdiyini öyrəndim. Lalə həmin günü belə qeyd etmişdi öz gündəliyində;

- gecədən başlamışdı anamın ağrıları, nənəm mənə deyirdi ki, ağlama anan ağladığını görsə ağrıları artacaq. Anamın ağrılarna şərik çıxmaq üçün sıxıb saxlayırdım göz yaşlarımı. Gecədən başlayan ağrılar səhərə yaxın rahat buraxdı anamı. Mən elə bildim hər şey bitdi, günün ortasında ağrılar daha da şiddətləndi.

Anam məni yanına çağırdı..

-  Qızım alma istəyirəm, alma var ?

- Yoxdu, ana amma mən bu dəqiqə alıb gətirərəm.

- Yaşılından al qızım, yaşılından.

Lalənin anası yəqin ki bilirdi qışın oğlan çağında, yaşıl alma tapmağın nə qədər çətin olduğunu. Sadəcə canını Allaha tapşırmaq üçün, bir qədər zaman qazandırmışdı yaşıl alma.. 

- Mən almanı alıb qapıdan içəri girəndə anamın üstündə ağ örtük gördüm. Çatmadım anama. Əlimdəki paket yerə düşdü, içindən üç dənə yaşıl alma, hərəsi bir küncə diyirləndi. Dizlərim boş qalan küncə çökdü. Saatlarla kor pərişan ağladım və özümə söz verdim ki bir gün anama Alma aparacam, o gün çatmadım anama, amma bir gün, mütləq bir gün onun son istəyini yerinə yetirmək üçün yola çıxacam.."


Lalə belə yazmışdı o günü gündəliyində ...

Hər şeyi öyrəndiyim gün, Bağçaya yaşıl alma ağacı əkdim. İndi o ağacın 3 yaşı var, tez-tez Lalənin və anasının məzarını ziyarətə gedirəm, əlimdə də yaşıl alma.



Müəllif : İsmayılov Kənan




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (3)