Edebiyyat.az » Proza » Yazar Asiman - Bir şəhərdə qiyamət. (Romandan bir hissə)

Yazar Asiman - Bir şəhərdə qiyamət. (Romandan bir hissə)

Yazar Asiman - Bir şəhərdə qiyamət. (Romandan bir hissə)
Proza
nemət
Müəllif:
15:38, 04 iyun 2019
1 590
0
Yazar Asiman - Bir şəhərdə qiyamət. (Romandan bir hissə)

                   

     (fantastik)

  Siz deməyin “qiyamət günü” bəzi ölkələr və şəhərlər üzrə baş verəcəkmiş,  qədim ölkənin paytaxtı olan bu  şəhərdə baş verdiyi kimi…


 Dağılmaqda olan paytaxt şəhərdə bu gün sübh tezdən qiyamətin ilk gurultusu qədim kilsəsinin gümbəzindən qopdu . Gurultu qopanda çoxu evlərində yatıb, azı da sübhdən   birinci işə çıxan avtobusda mürgüləyərək yırğalanırdı. Gümbəzi dağılan kilsədəki mehrabın önündə canını tapşıran keşiş isə qiyamətin qopmağını on min ildən sonra anlayacaqmış….

 O, Albet ucadan əsnəmişdi….

     Cavan oğlan dalğınca deyir :

- Səkiyə elə bil raket düşüb.

 Dağılmış səkiyə  təcüblə baxan uzun boylu lüt kişi üstünə təcüblə nəzər salıb mizildandı :

- Raket nədir? Mən qalxdım ordan . 

Cavan oğlan təcüblənmədən :

- Siz də adam kimi qəbirinizdən xortlamayıb   ayağımın altında bomba kimi partladız, qiyamətsiz.

Uzun kişi qulaqlarını saymaq istəmədən:

- Qəbirimdən ola bilməz! Ölməmişəm  bomba kimi partlayım, ölənlər bomba kimi partlayır qəbirdə - və təcüblə oğlana :

- Bomba nədir? Bu sözü heç eşitməmişəm? Bir az huşumu itirmişəm , özümə də gəldim, əcəb hücum eləmişdik, hamını yatdığı yerdəcə evlərində haqlamışdıq. 

 Göyə baxaraq :

- Dünən gecəydi, indi səhər açılıb , altı aydır dünənki bahar gecəsini gözləyirdik, qışda buralar - çaşqınca :

- Qanımsa axmır, hanı onlar? Bura haradır? Təkcə qadınları öldürməmişik,  onları Teyya bazarında satmalıyıq, dənəsini on qızıla, uşaqları, bir də qocaları qayadan atdıq. Dünən gecə özümə onunu seçib əllərini bağlamışam, qəfildən, ğözlənilmədən qucaqlayıb, soxdu mənə arxadan, - cavan oğlan süni təcüblə :

- Utanmadan danışırsan?  

Uzun düşünərək davam edir :

- Deyəsən xəncərini. Namərd səsizcə arxamdan sancdı mənə, yoxsa nizəsini? Baxışlarını yerə dikib sanki, dağılmış səkidə yazılanları oxuyur :

- Üzü üstə yerə uzandım, o da üstümə uzandı və yenə - yerə baxaraq başını yana əyir, qaralamanı oxuyurmuş kimi - 

Bir neçə dəfə çıxarıb soxdu  arxadan mənə, xəncərdi. Cavan oğlan onun oxuduqlarına baxmadan istehza ilə : 

- Sonra? 

Uzun qaşıyıb başını düşündürərək  ardını oğlanın üzündə axtarır:

- Sonra mənə həzz gəldi, sanki xoşlamağa başladım – qaşınmanı sürətləndirib başını işə salmağa başlayır:

- O , həzz məni uydururdu , çünki qanım axırdı arxadan - Oğlan ətrafa baxıb qımışaraq :

- Əyninizdə paltar yoxdur, tamam lütsüz, deyirsiz   üstünüzə uzanmazdan sizi lüt soyundurub, o arxadan nəyisə itələyən? Olsun xəncər.

Uzun qaşınmanı dayandırıb önünü sağ əliylə tutub:

- Nə danışırsan, mənə soxmamış necə soyundura bilər? Mən cəngavərəm! O, əclaf soxub, mən uyandan sonra soyundurub, özümdən gedəndən sonra, dünən gecə.

Oğlan qaşlarını qaldırıb :

- Dediniz paltarın üstündən soxub, hazırda lütsüz, ya siz lüt uzanmısız, o da üstünüzə, ya da paltarınızı sonra soyundurub, sizə arxadan sancandan sonra nəyinisə, bəlkə heç işini görəndən sonra da sizi soyundurmayıb, elə də xoşlanmayıb sizdən, yəni paltarlarınızdan , və sizin döyüşçü dostlarınız, O qarətçilər, geyimli gömüblər sizi , paltarlarınız da, o çağdan indiyə kimi çürüyüb, deməli çoxdan, kim bilir haçan ölmüsüz, belə, bu şəhərin düz ortasında, başqa karıxanlar kimi lüt dayanmayın, gedin marketə, indi orada əməlli- başlı qarət başlanıb, əsl sənin günündür, kim əyninə yaraşdı- yaraşmadı nəyi tapdı geyinir, müqəddəs hüzura lüt getməyəcəksən ki,? Elə O, qayadan atdıqlarınla da rastlaşa bilərsən orada,  bəlkə o, öldürdüklərinizin içində alim və cəngavər də olub , olubsa rastlaşa bilərsən, lüt olmaz, mələkləri özünə güldürərsən . 

 Uzun lüt bədəninə baxıb hirslənir :

 - Bəs ağır zirehim və qılıncım? Sarsaqlayırsan, məni qarət etmisən, soyğunçu! Necə yəni çoxdan ölmüşəm ? Mən indicə üzü üstə yıxıldım,  lap indicə, düzdür gecəydi, indisə gündüz, hüzur nədir ? 

Başı ilə etirazlayır :- Müqəddəs Kirdən başqa heç kim hüzura daxil ola  bilməz, qılıncım yanınmda olsaydı sarsaqladığına görə başını səndən uzağa vızıldadardım, özün burada – yaxındakı yarğana baxaraq:- basin da dərədən aşağı diyirlənib, bir daşa dəyib dayanardı , gözlərin də üfüqə zillənib, axşamüstü qarğalar və quzğunların gəlişini gözlərdi, başının ziyafətində  kef çəkərdilər! 

Ətrafa təcüblə baxır:

- Məni hara  gətirmisən? - Oğlanın bir  tükü də tərpənmir, kipriklərindən başqa, o, yorğun görünən gözlərini kiprikləriylə bir- iki dəfə qapayıb uzuna:

 - Heç nə edə bilməzsən, təzə xortlayanlar hamısı sənin kimi sərsəmləyir, bir azdan sakitləşəcəksən, indicə yıxılana bax, gör  yaraşıqlı səkini nə günə qoymusan , Kir dediyin o, müqəddəs çirk də allah bilir hansı şəhərin harasını zibilləyib, xortlayacaq , amma hələ yox , zibilləməyinə çox qalıb o zibilin. Bunu da bil xotlayanların hamısı ilk öncə qalxdıqları yatağı sahmana salmalıdır, bu səkinin təmiri də sənlikdir, biz bu şəhəri xaraba qoymaq üçün dirilməmişik, hər şeyi yenidən başlamağa xortlamışıq, anla! Bundan o yana- hər şeyi yenidən! Bu şəhərin qiyaməti qopub.

 Uzun təcüblə :

- Nəyi qopub dedin? 

Oğlan saymadan davam edir:

- Mən mərhəmətliyəm, sənin bəxtin gətirib,   mənim ölkəmdə çürüyüb, daşlaşıb, qayalığa dönmüsən, kəsib, gətirib bu küçədə səni səkiləşdiriblər, heç olmasa daş kimi işə yaramısan , qayalığı da bu cür  parçalasaydın sənə qayalığı yapdıracaqdım, deyəcəkdim- sal bu təbiəti əvvəlki vəziyətinə ey lüt cəngavər! Mənim başımı vızıldadana bax, yaxşı ediblər soxublar sənə daldan, niyə yatdıqları yerdə hamını qırdız? Dünən gecə nələrinsə olub, səhər heç nəyin yoxdur, lütün birisən! On dəqiqə bundan əvvələcən səkinin biriydin, yanından ötüb keçən itlər də ayaqlarını sənə dayayıb bir rahatlanırdılar, dedim get, əyninə marketdən bir şey çırpışdır, arxayın ol, cəzalanmayacaqsan, məni öldürə bilməzsən, çünki mən min il bundan öncə ölüb bu gün sübh tezdən dirilmişəm . Qiyamət gününün əhəmiyəti bundadır ,daha bundan o tərəfə bizə ölüm yoxdur ,əbədiyət başladı, bir saat bundan əvvəl bu şəhərin bütün dünya ilə əlaqəsini kəsdilər.

 Uzun karıxmış halda:

- Kim? 

Oğlan :

- Mələklər!. Bütün dünya bu şəhəri heç vaxt olmayıbmış kimi unutdu.

Uzun çaşqın həyəcanla :

- Nə əcaib gündür, dünən gecə, ağlımıza da gəlməzdi , axı mən, burada yıxılmamışdım . 

Oğlan eyni halda :

 - Dedim qayalıqdan kəsilib daşınmısan , daşınmaz deyilmişsən ! Çıxdığın yeri görmürsən? 

Uzun dağılmış səkini indi görürmüş kimi  heyrətlə baxır, parçalayıb – dağıtdığı kitabın, - səkinin, yeni səhifəsini diqqətlə oxumağa gözlərini bərəldir, səhifədə isə, təkcə bu yazılıb – dirilmisən, - yumşalaraq  mülayimcə oğlana:

 - Sən də xortlamısan?

 Oğlan məmnunluqla : 

 - Bu şəhərdən ilk mən dirilmişəm, bax o, kilsənin dağılmış gümbəzini görürsən ?– Yaxınlıqdakı kilsəni göstərdi,- Ordan çıxmışam , təmirçiləri görürsən ? Məndən sonra gümbəzdən xortlayanlardır, indi təmir edirlər qəbirlərini. 

Uzun karıxmış halda gah kilsənin gümbəzinə, gah da ara vermədən danışan oğlana baxır, oğlan :- onun QALXIN deyib ƏSNƏMƏYİNİ ilk mən eşitdim,- aralıdakı, hansısa pəncərədən qopub düşmüş pərdəni göstərir: 

- Götür, bürün ona,- davam edir- gözlərimi açmamış - durmuşam atacan qalxıram dedim, yatağımdan qalxmaq istədim, elə bildim səsləyən atamdır, o, məni sübh tezdən, inəkləri sağmağa bu cür çağırırdı, qalxa bilmədim, sanki, yatağda böyük kilsə şamı kimi ərimişdim, bütün dünyanın ağırlığı da bu arada üstümə çökmüşdü və yataqla birlikdə qopub qalxanda gurultu qopdu, sonra kimsə qışqırdı, sən demə keşiş aşağıda, kilsənin mehrabının önündə, təkbaşına sübh ibadəti edirmiş, gümbəzin dağılıb- uçulmasından qorxuya düşüb ürəyi partladı və mən bu şəhərin ilk diriləni o, keşiş isə ilk öləni oldu, bu, qiyamət günündə. İncilin qiyamət surəsini oxuyurmuş o bədbəxt. Sonra xatırlayıb anladım ki, mən, o, min il bundan qabaqkı gecə, yuxuda, şəhərin başçısı əclaf alimin qızı olan sevgilimi qaçırmaq istəmişdim,  mühafizəçilər məni oxla ürəyimdən vurunca yıxılıb həyəcandan gözlərimi bu gün səhərədək, min il açmamışam. Dəfnimdən çox sonralar çürümüşəm, mənim torpağımı palçıq   yoğurub ordakı – kilsənin təmir olunan gümbəzini göstərir - daşların arasına yaxıblar, yuxudan durub gümbəzi dağıdandan sonra şəhərimizi tanımadım, yalnız adı qalıb, anlayırsan?  

Uzun anlamadığını bildirən səfeh üzlə baxmaqda davam edir. 

Oğlan :

- Bilirəm ki, sevgilim, adlı- sanlı cəngavərlərdən birinə ya da əclaf alimlərdən birinə ərə gedib, kaş onu tapaydım. Çağırışa ilk səs verən olduğuma görə indi çox şeyə qadirəm. Agah olduğuma  görə, hamı mərhələlərlə haralardansa , haranısa, çatladıb, qopub xortlayırlar, hələlik alimlər və döyüşçülər, evdar qadinları ən axırda dirildəcək .

 Uzun o danışdıqca pərdəni özünə bürüyür qaşlarını düyünləyib:

 - Kimdir o dirildən axı? 

Oğlan :

-  Əbədiyyətin əvvəlinci illərindən indiyə kimi, bizə göz yuman! O, nəhayət bu gün sübh tezdən əsnəyib gözlərini açıb, bir bizim şəhərə nəzər salıb, görüb ki, vay, sən demə bizim şəhərin qiyamətinin vaxtından neçə yüz il də ötüb.  O, əvvəllər, bizə inandığından çox göz yumub bizə, o qədər yumub ki, bərk yuxuya gedib – təbəssümlə səsini qısaraq :

- Yuxuya qalıbmış, amma bu yuxu məsələsi aramızda qalsın. 

Uzun avamlar kimi :

- Eşidib acıqlanar ? Deyirsən oyanıb? Müqəddəs Kir deyirdi o, bəzi adamları eşitmir, məsələn əkinçi  kəndliləri, bir də çobanları, müqəddəs kirin gəlişini isə, həmişə ərşdəki qapısında gözləyirmiş, Kirin caduğəri onun səsini eşidib, cır səsi var, şəhərin darvazası kimi cırıldayırmış ,çox qoca olduğundan yaman öskürür, bizi eşitmir, mən kəndliyəm, bəs sən? Oğlanın təbəssümü qaşlarını qaldırır:

- Uzunların ağılsız olduqlarını eşitmişəm, üstəlik yüz illərin danışmaq istəyi də daşa dönübmüş qayalıqda, sonra da səkidə, səkiylə gedib- gələnlər də, o istəyi, gör nə qədər tapdalayıblar . 

Aralıdan qısa qadın paltarı geyinib, çömbəlib dağıntılar üstə əyləşmiş kədərli, yastısifət kişi deyindi:

- Bəlkə də zəhrimardan , əncir şərabından çox içib, bərk yatıbmış o yuxuya qalan, bağışlayın, sizi dinləmirdim, bircə yuxuya qalmağını eşitdim, kimdirsə yaxşı olmayıb ona, indi xortlayıb bilər əncir şərabı adamı necə doğratdırır, o şərab bizə baha başa gəldi, hamımızı yatdığımız yerdə doğradılar, bir alim kimi indi anlayıram, bizim o gecə qatilimiz küplər olub, bizi əncir şərabı qılıncdan keçirib. 

 Oğlanla uzunu inandırmaq istəyir :

- İnanın, düz deyirəm, mən filosofam, əncir şərabı ilk öncə bizi sərxoş edib, ölü kimi yatırdandan sonra küpün içindən səssizcə çıxaraq qılınclarımızı sıyırıb, hamımızı doğrayıb. Onlar, on bir kiçik küp idilər, biz isə on alim, hər küpün dibində bir az qalmışdılar .-

 Oğlan deyinənə :

- Danışmısan doğranmağınızı, küplərin izahını isə mən demişəm sənə, qalx xortladığınız tualetin divarını hörənlərlə işlə! Dağıdmısız, tikməlisiz, bənna olmadığın vecimə deyil, qalx deyirəm sənə, yəqin yenidən divara tikilmək istəməzsən!

 Deyinən tozunu tökərək zarıyıb qalxıb yaxınlıqdakı daş-kəsəklə qaynaşanlara tərəf gedərkən xortlamış dostlarına :

- Gəlirəm ey əncir qurbanları! 

Oğlan üzünü uzuna tutaraq :

- Mənim ərazimdən dirilənlərin təfsir və izahları mənlikdir, on birinci əsrdə doğranıb, qiyamçılar doğrayıb onları, qullar. 

Uzun təcüblə :

- Bəs deyirdi küplər? Ay uyduran.- Təcüblə oğlana :

- On birinci əsr dedin? İndi on birinci əsrdir? Dünya beşinci əsrdə dağılmalıydı axı! 

Oğlan :

-İyirmi birinci əsrdir. 

Uzun dəhşətlə :

- Adımı da unutdum !

 Oğlan təmkinlə :

- Orda hüzurda, adın çağırılanda, xatırlayıb böyürərsən ,mən burdayam,  neçənci əsrdə soxublar sənə? 

Uzun pərdəsi ilə ön və arxasını qapadığı üçün, dana başını özünə sürtən kimi sanki bədənindəki tarixin vərəqlərini çevirərək fikirli :

- Dünən gecə,  birinci əsrdə gəldi başıma bunlar, dünən gecə..

 Oğlan təbəssümlə davam edir :

- Deyərsən hüzurda, dünən gecə, birinci əsrdə məni vəhşicəsinə  qətlə yetirdilər o, çağırdığınız mənəm , adını xatırlarsan. Mələklər indi siyahıların üzünü köçürürlər, ola bilsin sənin adın olan siyahı çoxdan çürüyüb, zirehin kimi , bəlkə heç adın çıxmadı . Qərargahları burada yaxındadır, ordan qayıdırdım ki, sən ayağımın altından partladın. 

Uzun həyəcanla :

- Kimin qərargahından qayıdırdın? 

Oğlan sakitcə :

- Mələklərin qərargahından, burada yaxındadır. 

Uzun təcüblə :

- Onlar ərşdə deyillər? 

Oğlan :

- Sənə dedim get, bax ora, qapıdan gir, əyninə bir şey tap, geyin, lüt olmaz, yox, ərşdə də deyillər, ərş elə yer imiş , mən də, bir az bundan əvvəl anlamışam - Uzun bir əliylə önündən, diğəriylə arxasından qısa pərdəsini möhkəm tutub :

- O mələklər görməmiş geyinim , nəhəngdirlər?

Cavab gözləmədən :

-  Yalvarıram, məni burada gözlə, sən yaxşı oğlansan, buraları tanımıram , o, yuxuya qalmışın  hüzuruna da bir yerdə gedərik .

Oğlan :

 - Səni gözləyirəm.

 O, gedib bir azdan əynində qısa tuman və yaşıl alt köynəklə qayıdır, oğlana həyəcanla deyir :

 - Ora nə qəribə yerdir,  paltar üçün əsl müharibəydi,  bir qadın üstümə cumub əlimdəkini cırmaqlayırla qapışdırdı, əlimdə qalan bu oldu yaraşır?

 Oğlan dalğınca deyir:

 - Əvvəlki paltarına oxşamaz hər halda .

Uzun gülümsəyib: 

- Agırlığından gəzə bilmirdim,  soyunmadan anamı  qucaqlayıb üstünə uzanmışdım, az qalmışdı canı çıxsın, amma, anamkını da unutdum, adını. 

Maraqla gözlərini qaynadır:

- Bəs bu şəhərin diri əhalisi ? 

Oğlan :

-  Şəhərin əhalisi müxtəlif travmalardan, sizin dağıntılarınız altda qalmaqdan və qorxudan ölüblər, təsəvvür et , evdə yatmısan və dirisən, birdən divar çatlamağa başlayır, qorxub elə bilirsən zəlzələdir, qalxıb həyətə qaçırsan, ordan da küçəyə, və ayağının altında məsələn sən, bomba kimi partlayıb lüt ayağa qalxırsan , bəs necə ,əgər mən də xortlamış olmasaydım qorxudan ölərdim. Bu şəhərin əhalisi yenidən diriləcəklər, deyəsən on min ildən sonra, indi hələ, növbə sizlərindir. Uzun oğlanı çaşqınlıqla dinləyərək :

- O, yuxuya qalmış öskürən cır səsiylə bizdən nə soruşacaq ?

Yenə cavab gözləmir:

- Doğrusu onunla görüşəcəyimə heç inanmıram , müqəddəs Kir deyirdi o, göylərdə, qizil taxtın üstündə, min arvadı ilə şərab içərək yaşayır,  yəqin indi yüz minlərlə uşağı var , o basabasda onunla görüşə biləcəyimizə əminsən ? Kir onun yanında çox olmuşdu . 

Oğlan:

 -O, müqəddəs “Çirk” gopa basmaqda Albert Eynşteyn imiş, zəmanəsinin ALBERTİ! Qılınclı, müqəddəs Albert! Onun arvadı zadı yoxdur ailəsizdir.

 Uzun təcüblə:

- Kim? Albert? İnandım, O, Albertin min arvadı olsaydı onu hərdənbir, heç olmasa yüz ildən oyadardılar, gör bir nə vaxtdan yatıb, hələ minlərlə uşağın səs- küyündə göz də qırpmaq olmaz.

 Oğlan təbəssümlə:

 -Sizin dövrdəkilər hamısı sənin kimi balqabaq olub. 

Uzun : 

- Balqabaq nədir ?

Oğlan qəfildən onun qolundan tutub özünə çəkdi:
 - Kənara çəkil, o binadan xortlayanlar başına töküləcəklər.

 Uzun həyəcanla yaxındakı qurcalanıb qıvrılan uca binaya baxaraq təcüblə :

 - O yüksəklikdə bina elə bil xəmirdəndir gör necə əzilib büzülür. 

 Bina isə doğurdanda başını yuxarı qaldırmış nəhəng ilan kimi özünü əsdirir, sanki tozunu çırpır .

Uzun :

 - O, bina niyə elə çırpınır ? 

Oğlan təmkinlə :

 -  Tərkibindəkiləri qopdurub xortlatmaq üçün, yəqin orda da kimlərsə var, sən səkidən xortlamadın ? Başqaları  da o binadan qopub xortlayacaqlar, amma ancaq döyüşçülər və birdə pis alimlər.

Uzun üzünü turşudur :

- Lap pislər ? 

Oğlan təsdiqlə başını tərpədərək :

- lap! Cürbəcür sahələrdən olanlar, digərləri isə hələ vaxtları yetişmədiyi üçün gözləməli olacaqlar .

Uzun :

- Alimlərə nifrət edirəm , hamısı cəlalla yaşayır, bizə isə hərbi qənimətdən başqa heç nə düşmür. Kir onlara cürbəcür mükafatlar verirdi.

 Oğlana qibtəylə baxır:

 - Qəribədir sən qiyamət izahlarını hardan bilirsən ?

 Oğlan :

 - Mən bu şəhərin xortlayanlarının o, yuxuya qalmış  tərəfindən təyin olunmuş qurup rəhbərlərindən biryəm,  zamanlar haqda məlumatlar mənə yaxındakı qərargahdan – yaxındakı qapısının üstündə “ŞƏHƏR TEATRI” yazılmış yaraşıqlı hündür binanı göstərir :

- Bax, ordan verilir, baş ofisimizdən. 

Uzun sözünü kəsir:

- Nəhəng mələklərdir ? Mələk görməyi çox arzulamışam. 

 Oğlan :

- Adi boydadırlar, özünü adam kimi aparsan onlarla səni görüşdürərəm. Öz qurupumu müqəddəs hüzura mən aparacağam, amma, hələ işimiz çoxdur. 

 Binadan qopub tökülən yenicə dirilmiş təmamilə lüt olan bir neçə qadın və kişini ona göstərir :

 - Mənə kömək elə , səni özümə köməkçi təyin edirəm, qaç onlara de, əyinlərinə bir şey tapıb geyinsinlər , bilmirəm hardan , hardan oldu, onsuzda daha heç kimı heç nədə ittiham etməyəcəklər, ittiham etməlilər hamısı dedim ki, ölüblər , soyğunçuluq baş alıb getsə də heç kim cəzalandırılmayacaq,  qiyamətin qopduğunu onlara elan et! De ki, heç kimin malik olduğu heç nə yoxdur, hamı heçnəsizdir və heç kimin də hələ heç bir hüququ yoxdur, anladın? Yeni hüquqlar haqda qərargahda məşvərət  başlayıb. Haranı istəyirlər oranı da qarət edib geyinsinlər, de işimiz çoxdur, şəhərin əhalisini yeni dirilənlər dəfn etməlidir, yeni ölüləri köhnə ölülər gömməlidir, yoxsa şəhərin halı pis olar, hələlik bu qədər, get onlara nə baş verdiyini anlat və geyindir! 

 Uzun boyuna yaraşmayan bir yöndəmsizliklə dərhal qaçmağa başlayıb aralanır, bir az qaçıb dayanıb dönərək oğlana :

- Məni köməkçi təyin etdiyinə minnətdaram ,vəzifəsiz qala bilməzdim , baş ütə, gedirəm, deyib yenidən qaçaraq gedir , qolsuz köynək və qısa tumanla qiyamət günü qiyamət görünür.  Yeni dirilmiş adamlara çatıb məsələni başa salmağa başlayaraq çığırır :

-  Sakitləşin, mən ərşdəki Albertin bu şəhərdən təyin olunmuş  qurup rəhbərinin adından bəyan edirəm , hələlik pis alimlər və döyüşçülər baş qaldırır, sizləri  o Albert bir yerdə məsləhət görüb! Ola bilsin hələ yuxudan indilərdə oyandığı üçün nəyi -necə edəcəyini bilmir, baxın görürsüz,  size, o hündürlükdən qadın –kişi fərq etmədən, anadan gəlmə lüt bir- birinizin üstünə yıxıb, qalaqlayıb, amma nə olsun, bura qədər olanları ona bağışladığımız kimi bundan da ötmək olar, O, bizə çox göz yumub, bizdə üzümüzü bəzi şeylərdən çevirsək olar! Heç yeriniz qırılmayıb, ona görə ki, artıq qırılan qırılıb, daha bundan o yana yaralanmaq , sızıldamaq bitdi, sizi təbrik edirəm, hamınız xortlamış ölülərsiz və artıq dirilərsiz! Halınıza sevinməyə bilərsiz, lakin bir şeyə sevinin , daha ÖLÜM sizi haqlamayacaq çünki siz çoxdan ölmüsüz. Əbədiyyət başlayıb, hamınızı təbrik edirəm, ey döyüşçülər və pis üzdəniraq alimlər!      


                           Ardı var..


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)