Edebiyyat.az » Proza » Yazar Asiman - Bir şəhərdə qiyamət (romanın ardı)

Yazar Asiman - Bir şəhərdə qiyamət (romanın ardı)

Yazar Asiman - Bir şəhərdə qiyamət (romanın ardı)
Proza
nemət
Müəllif:
14:03, 10 iyul 2019
1 324
0
Yazar Asiman - Bir şəhərdə qiyamət (romanın ardı)

                    


- Adamlardan pırtlaşıq ağ saçlı bir kişi səsini ucaldır:

 - Ey ərşdəkinin adından danışan,

 Uzun sözünü düzəldir:

- Qurup rəhbərinin - pıtlaşıq saçlı:

- Yaxşı rəhbərinin, de görüm bura haradır?

 Uzun çaşaraq:

- Nəyinə lazımdır? 

Pırtlaşıq saçlı da çaşqınca:

- Özüm də bilmirəm. 

Uzun təcüblə:

- Onda niyə soruşdun? 

Pırtlaşıq saçlı:

- Dedim ki, özüm də bilmirəm, ola bilsin çaşqınlığımdandır. 

Uzunun beynindəki dünyanın böyük tarlası, nəhayət ki, işıqlandı, orada bahar çağıdır, ətəyindən əiylə buğda səpən əkinçi (Bu deyəsən onun qoca atasıdır.) səpməyinə ara verib, başını qaldırıb səmaya səsləndi:

- Ey başdan xarab oğlum (atasıymış) de ki, bura qiyamətin qopduğu şəhərdir, nə çaşıb qalmısan? -Uzun beynindəki tarladan eşidilən səsi qaşıyıb, pırtlaşıq saçlıya ucadan:

- Bura qiyamətin qopduğu şəhərdir, keşişin də ürəyi qorxudan partlayıb, bəziləri ölüb, bəziləri dirilib.

Pırtlaşıq saçlı:

- Onda de, nəyə görə alimlər və döyüşçülər bir yerdə? 

 Pırtlaşıq, ağzını açıb- bağlayaraq danışmaqda davam edir, amma uzun onun səsini eşitməyib beynindən gələn səsi bir də eşitmək, o səsə, - mən səni tanıdım atacan,- bəlkə də - biz belə düşünək, - sənin üçün iki min ildir ki, darıxırdım əziz ata, demək istəyir, pırtlaşıq isə ağzını açıb – yummaqda davamlıdır, indi isə uzun onu eşitdi.

- Qan toküb kənd və şəhərləri qarət etməkdən başqa beynində bir şey olmayan əsgərlərlə bizim beynimizin nə rabitəsi var?

 -Uzun hiddətlə alovlanır:

- Səsini ud, əlaqəmiz olmasaydı bir yerdə olmazdıq, mən cəngavərəm, sənsə, əsgərə də oxşamırsan, yəqin o, pislərdənsən, üzdəniraqlardan! 

 Pırtlaşıq pərt olur, amma yenə ağzı, yəqin ki, uzun illərin açılıb - bağlanma həsrətiylə işə düşür:

- Mən kəşflərimlə bəşəriyyətə töhfələr vermişəm, sən heç uzun raket görməmisən? Mənim kəşflərim elə uca binalar dağıdıb ki, bu dağılan bina onlarla müqayisədə sanki təmirə dayanıb, - xortladıqları yarı uçuq binanı göstərdi. Və, çaşqınca səsini alçaldaraq öz – özünə:

-  Yoxsa, mən də əsgərlərlə əlbir olmuşam? 

Uzun çımxıraraq:

- Olmusan üzdəniraq, olmusan, bax, özün dedin, səninki də uzun olub, o, dağıdanını deyirəm, mənim də boyum uzundur, nizəm də yəqin ki, heç olmasa sənin o uzununca olub! Rabitəmiz isbatlandı, səsini kəs! - Oğlana dönərək ucadan:

- Bununla nə edim? - Oğlan uzaqdan əlini rədd elə, işarəsiylə yellədib:

- Qulaq asma, işimiz çoxdur, qərargahdan zəng gəlib, mən getməliyəm, çıxışını bitir, məni burada gözlə, davam et, bitir, deyir.

Oğlan tələsik mobil telefonu qulağında qaçaraq gedir. Pırtlaşıq sakitləşərək yanındakılara alçaq səslə deyinir: 

- Heç olmasa məni prezidentlərlə birgə dirildəydi o. Uzun oğlanın gedib işi ona həvalə etdiyindən şişib, qaşlarını düyünləyərək pırtlaşığı vecinə almadan bağıraraq davam edir:

- Bu aramızda qalsın, mən kəndliyəm, məni eşitmir, O, yuxuya qalıbmış! Bizə göz yumanı deyirəm, Alberti! İndi ayılıb, qərara gəlib bizi xortladsın, daha nə istəyirsiz ki, xortlamışıq! - Hamı gurultu ilə əl çalir. Uzun eyni tərzdə əlavə edir:

- Hətta xortlatmaq üçün bizi gecikdirib də! – Tarladakı atası işini dayandırıb acıqla səmaya:

-  Zırrama, sən düzəlməyəcəksən, ağzına gələni tüpürmə! 

Uzun sol əlini başına qoyur, sanki atasını sakitləşdirmək istəyir, ağzını silib öz-özünə təsüflə:

-  Bunu deməməliydim, - Ucadan davam edir:

- Nə olsun gecikdirib? Özüm ən azı iki min il qayalıqda qarın, yağışın altında qalmışam, daşlaşıb iki min il arxanı günəşdə yandırıb, qarda üşütmək asan şey deyil! Mən də gecikmişəm onunla görüşə, amma eybi yox, artıq dirilmişəm! 

Adamların içindən sarı saçlı bir qadın hiddətlə:

- Mən də onu ittiham edərəm, niyə məni gecikdirib? - Uzunun atası tarladan səmaya, uzunun qulaqlarına tərəf səsləndi:

- Qulaq asma ona, lüt qadından nə desən çıxar, arsızdır. - Uzun əsəbəşərək məsxərəylə:

- İttihamçıya baxın, ey dirilənlər, bu qədər lüt kişinin arasında bizim öskürən Alberti ittiham edəcəyini lüt bədəniylə çığırır, cəngavərə oxşamırsan, sən də o biri pislərdənsən! Yaxşı edib gecikdirib, hara tələsirdin ki? Səni yalnız bir şeyə tələsdirmək lazımdır, geyinməyə, yoxsa indi min ilin qadınsız qalıb dirilmiş kişiləri, yüz illərin ötməsinə baxma, indi hər şey yerindədir, sənə hücüm edərlər, sonra gör nə qədər adamı ittiham edərsən sənə hücüm etdiklərinə görə. Yaxşısı geyinməyindir, get qarət elə geyin, maneə yoxdur. Küçənin düz ortasında utanmadan lüt dayanmısan! Hələ xortladığınız binanı təmir etməlisiz. - Yaxındakı ora- burası qopub tökülmüş on mərtəbəli binanı gösrərir:

- Heç müqəddəs kirin bu ucalıqda sarayı olmayıb, böyük müharibələrdə, mancanaqlardan atılan alovlu daşlar onun kiçik sarayını dağıda bilmədilər, sizsə bir xortlamağınızla başı o Albertin evinə dirənmiş bu hündürlükdə binanı xəmir kimi qıvrıltdız! 

Uzunun tarladakı atası yenə səmaya baxıb:

 - Ey başıboş oğlum, bu qiyamətin günündə nə özündən çıxmısan? Nə ilişmisən o Albertə? Qərargahdan xəbəri gözlə, boş tarlana hələ səpirəm, ay gicbəsər, qoşulub axmaqlara kirin uğrunda gedib iki min il daşlaşdın, hələ dərs olmur sənə, bir gözlə bu səpdiklərim cücərsin, görək bir nə çıxır, bəlkə də heç nə çıxmadı, o, oğlandan əl çəkmə, əla oğlandır, dirilmisən qədrini bil onun, qulaqlarını da say! - Uzun qulaqlarını deşiyini barmaqlarıyla təmizləyib öz-özünə:

- Əla oğlandır, çox ağıllıdır. - Lüt qadın qulağının dibində qəfildən cingildədi:

- Məni lüt rüsvay etdiyinə görə də o Alberti ittiham edəcəyəm. 

Uzun diksinib acıqla çımxırır:

-Həyasız, sən hələ də geyinmirsən? İttiham etməyə də hüququn yoxdur, bütün hüquqlar ləğv olub, qərargahda yeni hüquqlar müəyyən olunmayıb, hələ hüquqsuzsan, ola bilər hüquqsuz da qalasan! - Öz-özünə: 

- Deyəsən sarsaqladım Albertin adından! 

Qadın hiddətlə:

- Mən qarət etməyə öyrəşməmişəm, mən bunların əleyhinəyəm! 

Uzun eyni hiddətlə:

- Öyrəşərsən! Bizi qarətə siz pis alimlər göndərirdiz, indi buyur, qarətə özün! Qabaqdan ya da arxadan da soxsunlar sənə, nizədən, xəncərdən! Arxadan pırtlaşıq saçlı kişi qadına:

- Siz nə vaxt vəkil olmusuz diriyilinizdə? 

Qadın:

-  Dünən kilsədə and içmə mərasimim oldu, mən hüquqşünqas aliməm, bu şəhərdə - ətrafına baxaraq çaşqın:

- Bu yox, öz şəhərimizdə, məni bura qatil Karlın adamları atıblar, hə, onlar gətiriblər bilirəm, dünən axşam kilsədə, şəhərimizin ilk hüquqşünas qadını mən elan olundum. 

Pırtlaşıq qəribə cavab gözləyirmiş kimi:

- Hansı tarixdə? 

Qadın:

- Necə hansı? Əlbəttə bizim əsrdə. 

Pırtlaşıq saçlı ətrafındakılara anladırmış kimi baxıb hamıya göz vuraraq: 

- Hansıdır tarixiniz? 

Qadın lovğalanaraq:

- Min beşyüz əllinin milad gecəsində, dünən gecə!

Pıtlaşıq OOOo bildirən ifadəylə qaşlarını qaldırıb salaraq hamıya baxışlarıyla yazıq, başdan xarab qadın, deyir. 

Qadın həyəcanla:

- Bu dünən gecə olub, evə qayıdanda, karetadan düşüb malikanəmə daxil oldum, Karlın qatilləri həyətdə boğazıma ip salıb boğmağa başladılar, - O, fikrə qərq olur, səsi dəyişir və sanki hamının üzündən oxumağa başlayır danıçacaqlarını.

- Sonra mən çəmənlikdə gəzməyə başladım, sonra yuxum gəldi, çiçəklərin üstünə uzandım, o, çiçəkləri kilsədəki güldanda da görmüşdüm, çox xoşladım o çiçəkləri görəndə, yuxudan oyanan kimi məni bu - qopub xortladığı binanın yüksək mərtəbəsini göstərir – binanın pəncərəsindən kimsə aşağı tulladı, yaxşı ki, heç yerim qırılmayıb, hüquqşünas aliməm, - pırtlaşığa:

- İndi ölüyəm ki?

Pırtlaşıq saçlı sakitcə:

- Xeyr, dirisiz, sizi sakitləşdirmək üçün nəsə soruşdum, yenidən qızışa bilərsiz, buyurun. Uzun karıxmış halda söhbəti ələ almaq üçün qadına:

- Ey pis hüquqşünas, sənə and içdirən o keşişin ürəyi, bu gün sübh tezdən, qiyamətin xofundan partlayıb, iyirmi birinci əsrdə, anladın? Dünən gecə, on beşinci əsrdə sənə and içdirib, bu gün sübh tezdən iyirmi birinci əsrdə xofdan ölüb, bəlkə də səni hüquqşünas elan etdiyinin dərdindən ölüb o yazıq. Sənə bir daha əmr edirəm, geyinməyinin vaxtıdır, geyin, arxanda gizlənmiş o üç hüquqşünası da apar geyindir, hər halda hüquqşünas olarlar, onlar səndən həyalı qadınlardır, heç olmasa gizlənirlər. 

Qadın təcüblənir:

- İyirmi birinci əsr nədir? Məni ələ salmısız? Uzun məsxərəylə:

- Hə, ələ salınmısan, ona görə dirilmisən, ələ salınmaq üçün, bəlkə də başqaları da ələ salınmaq üçün diriliblər, hələ dəqiq deyil, bunlar araşdırılır, mələklərin qərargahında. Mənə qulaq asmalısan, çünki qurup rəhbərinin yardımçısıyam, bax özüm də sənə hücum edə bilərəm dedim axı, iki min ildir qayaya, sonra da səkiyə dönmüşün biriyəm, özümü ələ almağı unutmuşam, geyinməlisən ey pis alim!  Bir başqa arıq kişi çığırır:

-  Mən də aliməm, bütün şərab növlərini mən icad etmişəm, indi artıq iyirmi birinci əsr imiş, hesabladım, on altıncı əsrdə məşuqəm məni öldürüb, şərab içirdik, sonra yuxuya getdim, ayılanda o - dağılmış binanı göstərir - binadan aşağı yuvarlandım o, qadının üstünə düşdüm. - Aralıda dağıntıların arasında gizlənmiş qadınlardan hansınısa göstərir:

- Elə bildim məşuqəmdir, sonra gördüm yox, bu çox kökdür. 

Hüquqşünas qadın:

- Yox, siz mənim üstümə düşdüz, üzr də istəmədiz, mən baxın ondan kökəm.  

Kişi:

- Ola bilər, köksən, göydən yerə düşəndə sizi seçmək üçün yerə baxmağa vaxt tapmadım, heç nə olmaz, bu rəhbər demişkən, heç yerin ki, qırılmadı! Üzünü uzuna tutur:

- Məni beşyüz il uyutduğuna görə bağışlamayacağam o Alberti! O, özü yatağandır mən neyləyim? Bizi başlı başına qoyub, hardan bilək daha haralara yoğrulub yapılmışıq, bəlkə də yapılmadığımız yer qalmayıb bu yüzilliklərdə, bizi ələ salıb nədir, yatıb bizi gör nə qədər uyudub, o, bizi unudub, bağışlamıram onu! 

Uzun hirslə:

- Sənin bağışlaman kimə lazımdır, ay üzdəniraq şərab ixtiraçısı? Etdiyin ixtiralar orda bir sürü adamı on birinci əsrdə, küplərin içindən çıxıb doğrayıb, o, bədbəxtlər də tuletin binasında kim bilir haralara hörülüblər, üzlərinə nələr olunub, ixtira etmisən, doğranıblar, öz ixtiran səni də boğub öldürüb, məşuqən sənin öz ixtiran olub, mən qurup rəhbərimin ali fikirlərinə əsaslanıb deyirəm, səni məşuqən boğmayıb ay pis, səni boğan məşuqən cildinə düşmüş öz ixtiralarındır.

Uzunun beynindəki tarladan atası səsləndi:

- Ağıllı oğlum, artıq bir az əkdiklərimdən cücərib, bax, gör necə ağıllı danışdın, hə, düz dedin, elə səni də arxadan xəncərləyən özün oldu. Sən özün –özünü arxadn vurdun, çünki öz qılınc tutmağı öyrətdiyin şagirdin səndə sınadı daldan soxmağı, axı ona elə öyrədmişdin, arxadan usulluca soxmaq, o da soxdu. Bu o, deyildi, öz tərbiyən idi sənə soxan, yəni özün idin.

Uzun əli başında atasını dinləyib şərab aliminə:

- Mən çox ağıllı danışıram, sənə deyirəm, Albertin adını ağzına bir də alsan səni yenidən torpağa ya da qopduğun yerə soxacağam! 

Arxadan qurup rəhbəri oğlanın səsi amiranə eşidilir:

- Adam kimi geyinmək istəməyənlər yenidən geri qayıdacaqlar, hardan gəliblər ora, lakin xortladıqları yerə yox, lap geriyə, axıra, lap axıra, sona! Pırtlaşıq saçlı kişi təcüblə yaxınlaşmaqda olan oğlana: 

- Sona yəni hara?

Oğlan onlara çatıb hamıya göz gəzdirərək:

- Adam kimi geyinmək fikri olmayanlar cənnətdə Adəm atamızın hələ yeməyib tamaşa etdiyi meyvələrin tərkibinə və hələ qoxulamadığı çiçəklərin nektarına, qayıdacaqlar.

Ortalığa müdhiş sükut çökdü.



                       Ardı var.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)