Edebiyyat.az » Proza » Vaqif Osmanov - ÇƏTİNLİYƏ GÜLÜMSƏ"MƏK VƏ YAXUD "BOŞ QAYIQ

Vaqif Osmanov - ÇƏTİNLİYƏ GÜLÜMSƏ"MƏK VƏ YAXUD "BOŞ QAYIQ

Vaqif Osmanov - ÇƏTİNLİYƏ GÜLÜMSƏ"MƏK VƏ YAXUD "BOŞ QAYIQ
Proza
Necef Esgerzade
Müəllif:
14:35, 21 avqust 2019
1 620
0
Gənc qələmdaşımız Nemət Mətinin "Ədəbiyyat və kütlə"si məni çox ümidləndirdi. "Gənclər mütaliə eləmir" iradı ilə gündəmi zəbt edən, azı əlli il qələmi ilə ağ kağızı zay edib minlərlə ağır gövdəli ağaclara qənim kəsilənlərə əminliklə bildirirəm ki, gənclər kitab oxuyur, həm də sözün məsuliyyətini anlayaraq ədəbiyyat yaradır.

 Nemət cəsarətli söz adamıdır, "çətinliyə gülümsəyən", "seks və incəsənət"dən, "tənqid və təhqir"dən, "Tolstoy və Dostoyevski"dən, "şəxsiyyətin parçalanması"nan, "məsuliyyətin gücü"ndən əksər təcrübəli həmkarlarından oxunaqlı yazır. Ondan çox şey öyrənirəm. Yazdıqlarının informasiya çəkisi oxucunu maarifləndirir. Dünya ədəbiyyatınının ünlü nümayəndələrinin məşhur əsərləri ilə yanaşı, bizim adını eşitmədiyimiz nəsr nümunələrin mütaliə edib. Kamyudan, Domingezdən, Lin Çidən, Kafkadan, Balzakdan, Bukovskidən, Koelyodan, Mopassandan, Kutzeedən, Hüqodan sitatları mövzunun bədiiliyinin dəyərini artırır. Eləcə də, Caviddən, Cabbarlıdan, İsmayıl Şıxlıdan, Əlisa Nicatdan...
 "Ədəbiyyat və kütlə"nin bədii, etik, estetik keyfiyyətlərini arayıb - axtarmağı kitabın diqqətli oxucularının ixtiyarına buraxıb Nemət Mətinə arzularımı və məni təvəzökarlıqdan uzaq saysanız da məsləhətlərimi göndərirəm:
 1. "Hər şeyə üzdən dəbiyyat" yaratma, ədəbiyyat yarat, "ədəbiyyatın dərin qatlarına enib, orada ilişib qal.
2. "Yaddaşlardan silinmək cəzasına" məhkum olma, "aldadıcı maska" adlı "gündəm" yazıçısına çevrilmə. "Gündəm yazarı" olsan, yazdıqların həm "narın xörək duzuna oxşayacaq, həm də şəkər tozuna", dadı, duzu bilinməyəcək.
3. Heç vaxt "kütlə səni idarə etməsin".
4. Həssas insan kimi, fərd kimi həmişə darıxasan, "darıxsan kütlə olmazsan". Darıxmaq gələcəyə inamdır.
5. Kaş sənin gələcəkdə yazacağın kitabların təqdimatı öncəsi "Kitabevim.Az"ın qabağında qışqırmayasan: "Ay camaat, bu günkü təqdimata yarıçılpaq seksual müğənnilər də gələcək".
6. Gələcəkdə kitabın "yaxşı satılandan sonra" ağzına gələni yox, ağlına gələni yaz, "vicdanın həmişə iş" başında olsun.
7. "Təki pul qazanmaq xətrinə yazsan" qələminin məhsullarının ömrü 40 gündən çox olmayacaq.
8. "Həm gözəl yaz, həm də yaxşı qazan"
9. Yazdıqların bizə "döyüşkən ruh bəxş" etsin.
10. "Xırdalıqlara varma, böyük işlər gör".
11. "Öz ideyalarından insanlıq naminə istifadə et".
12. "Azad düşüncə sahibi ol", hər dəqiqə "bir şey yaratmağa çalış, izlənən ol, tamaşaçı olma, aktyor ol".
13. "İdeyalar əsasında qurulan cəmiyyətin" yaradıcılarından biri ol, "milyonlara yaşam stimulu ver".
14. "Boş qayıq"dan dərs alıb əsəb sistemini idarə edə bil ki, böyük işlər görmək üçün zamanı və şansı itirməyəsən.
15. "Əsəbləşən zaman gül" ki, nə "altşüur" deyilən qaranlıq dəhlizə düşəsən, nə də "qara xatirələr" sənə əngəl olsun.
16. "Kimdə nə yoxdursa, ondan danışan" zəmanədə insanlığa xidmət edəcək işlərindən ağızdolusu danışasan.
17. "Başını çox aşağı əymə",  yuxarıya bax, zirvələr səni gözləyir.
18. "Öz azadlığının sahibi ol".
19. Əsəbləşmə, ətrafındakı insanlar səndən qaçar, sev, sevgini sevdiklərinin qulağına pıçılda.
20. Ürəyinin səni sevə - sevə qulağına pıçıldadıqlarını yaz ki, gələcək nəsillərin "gözləri kitaba öyrəşsin". Sabahımızın yaradıcılarının "öz fikri" olsun, nə tələyə, nə "qırmağa, nə də qurda ( müftə yemə) aldanmasın".
21. "Yazı tarixi imzadır", deyirsən. Yaz, Hadinin ruhunu şad et, qoy heç olmasa ruhu sevinsin ki, "millətimin imzası var, imzalar içində".
22. Sokrat kimi "fikirlərin doğulmağına kömək et, eybi yoxdur, sənə fikir ginekoloqu desinlər, məncə, pis səslənmir.
23. Yaz, "ağacdələn" ol, qəlbində qurd yuva salanların ürəyini "döyəclə", qurdlu sinələrə şəfa ver.
24. Sənətdə Mosart ol, qoy Salyerilərin qəlbini paxıllıq didsin.
25. Obyektiv, qərəzsiz tənqid et, "insanları ayılt", özünü də həmişə "ayıq saxla". Obyektiv tənqid tərəqqiyə, yalançı, təmənnalı, yaltaq tərif mütiliyə, özündən razılığa yoldur.
26. Bəyaz ağ kağızın üzərinə əbədi yaşayacaq ağıllı söz də yazmaq olar, cəfəngiyyat da. Unutmamalıyıq ki, cəfəng söz yazılmış kağızın "vətən"i zibil qabıdır, müdrik sözün Vətəni duyan ürəklər. "Eyni tarlada sünbül də bitirmək "olar, qanqal da.
27. "Faydasız yazıçı" olunca, faydalı oxucu ol.
28. Yaz, "ağıllı suallar" ver, ağıllı suallara cavab axtaranlar mütləq səni tapacaqlar (lap Şopenhauerin fikrinə oxşadı).
 "Təbiətdən zövq almaq" və öyrənmək kamilliyə can atanların işidir. Virtual meyvələr geni dəyişilmiş qidalardır, dadı nə turşdu, nə də şirin.
29. Bədxahların "nooolsun?"u sənin daxiliyanma mühərrikin, yaratmaq, yaşamaq stimulun olsun.
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)