Səbirə Müzəffər- "Şairin Vətəni Sevgidir" adlı kitabın müzakirəsi keçirilib...
Proza
Dekabrın 10 - da AMEA - nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı " şöbəsində şair İlham Qəhrəmanın " Şairin Vətəni Sevgidir" adlı kitabının müzakirəsi keçirildi. Müzakirəni giriş sözü ilə AMEA - nın müxbir üzvü, həmin şöbənin müdiri Tehran Əlişanoğlu açaraq Qarabağ ədəbiyyatının, Qarabağ mövzusunun ədəbiyyatın ən prioritet mövzularından biri olduğunu bir daha xatırlatdı.
Müzakirədə şöbə əməkdaşları - Fəl.e.d. Rahid Ulusel, f.ü.f.d. Lalə Həsənova, yazıçı, böyük elmi işçi Mənzər Niyarlı, kiçik elmi işçi Hənifə Səlifova, gənc yazarlar Azər Xanlar, Sarvan Kərimov və şair İlham Qəhrəman iştirak edib.
Müzakirədə hər kəsin fikri sonacan dinlənilir və dəyərləndirilir. Fikir mübadiləsi və söz polemikaları ortalığı rəngləndirir və canlanmaya təkan verirdi. Ara - sıra şeirlər səslənir və fikirlər ard - arda sıralanırdı. Bəzənsə fikir toqquşmaları bir az ab-havanı tamamən dəyişirdi. Sonda isə şair İlham Qəhrəman belə bir məclisi - ünsün təşkilinə görə öz təşəkkürlərini bildirdi. Qeyd edək ki, bu, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin təşkil etdiyi 16 - cı kitab müzakirəsi idi.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
SƏBİRƏ MÜZƏFFƏR - “ƏNƏNƏVİ ÇƏRŞƏNBƏ AXŞAMLARI”
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - MƏNZƏR (EYNULLAYEVA-HÜSEYNOVA) NİYARLININ 70 YAŞINA
Səbirə Müzəffər - Tehran Əlişanoğlu 60 yaş (Tələbə memuarı)
AZAD QARADƏRƏLİ - ÜÇÜNCÜ BAHARIN QUTLU OLSUN, DOST!
Yazıçı Rövşən Yerfinin " Müqəssir " əsərinin müzakirəsi