Edebiyyat.az » Ədəbi tənqid » Eyyub Məmmədov - Ədəbiyyatımızın daşımalı olduğu “Yük”

Eyyub Məmmədov - Ədəbiyyatımızın daşımalı olduğu “Yük”

Eyyub Məmmədov - Ədəbiyyatımızın daşımalı olduğu “Yük”
Ədəbi tənqid
admin
Müəllif:
15:23, 20 aprel 2023
1 444
0
Eyyub Məmmədov - Ədəbiyyatımızın daşımalı olduğu “Yük”





Sənan İsmayılovun "Yük” hekayələr kitabı haqqında düşüncələrim.


Keçən əsrin yetmişinci illərində Azərbaycan ədəbiyyatında ilğım kimi qısa müddətlik görünüb sonradan  sanki qeybə çəkilən, uşaqlığımızın nəfis ədəbiyyat kitablarının arxasında  “ sinifdən xaric oxu” materialı  kimi sehirli yay günlərində oxumaq üçün nəzərdə tutulan, hər dəfəsində eyni maraqla oxuyub bizə məlum olmayan qəribə dünyalara səhayət etdiyimiz  fantastika ədəbiyatı nədənsə müstəqillik  dövrü ədəbiyyatımızda öz ikinci zühurunu bir xeyli gözlətmişdi. Təsadüfi deyil ki, bu janrın nümayəndələrinin sayı da  də elə də çox deyildi desək bəlkə də yanılmarıq. Namiq Abdullayev və Əli Səmidlinin çıxmaq şərti ilə mən bizdə fantastika  ədəbiyyatının başqa bir nümayəndəsini tanımamışam. Bilmirəm bəlkə də olub, amma dediyimiz kimi, hər halda,  bu ədəbiyyat janrının  çox qısa bir müddətlik aktuallaşdığını nəzərə alsaq, adda- budda müəlliflərin də ədəbiyyatın tarixinin hansısa qaranlıq bir hücrəsində səssiz- səmirsiz yoxa çıxdığını deyə bilərik. Mən uşaqlığımda yaşadığım dünyanın başqa bir  alternativini “ Atlantidadan gələn adam” ın vastəsi ilə  kəşf edərək, başqa bir isti yay gecəsində “ Səma dənizin balıqları” vasitəsi ilə tilsimlənmişdim. O gün – bu gün demək olar ki, bir daha fantastik ədəbiyyat nümunəsi oxumasam da , amma öz uşaq ağlıma  pərçimlənmiş bu iki əsər – “ Atlantidadan gələn adam “ və “ Səma dənizinin balıqları” -mənim sehrli xatirələrimdə silinməz izlər buraxdı. Günü bu gün də, haçanki güzgü qarşısına keçirəm, qeyri – ixtiyari barmaqlarım saçlarıma toxunur, sanki dünən axşam keçəl başıma sürtdüyüm o səma dənizindən tutulmuş balıqların yağından cücərən saçlarımın elə indicə qopub yerə töküləcəyindən qorxuram. İndi zamanla, saçlarıma düşən ağ tellər mənim o dünyadan neçə milyon işıq ili- öz təbirlərincə desəm -  uzaq olduğumun göstəricisidir, amma mən yenə də özümü Atlantidadan gələn adamın varlığına inanacaq qədər saf bir uşaq kimi hiss etməyə davam edirəm. 

Əbəs yerə deyilmir ki, hər bir ədəbiyyat öz  zamanın məhsuludur. Görünür hələ əcnəbinin seyrə balonlarla çıxdığı dövrdən  bir xeyli öncələr də avropalılar, yerlə- göylə əlləşməyin başını buraxıb, fikrilərini birbaşa yönəltmişlər göyə- yəni gələcəyə. Jül Vern öz romanlarını  yazarkən insan oğlu aya hələ ayaq basmamışdı. Amma şübhə deyil ki, bir insanı kosmosa, aya-  bir sözlə insanoğlu üçün əlçatmaz görünən hər nə varsa ona  dartan həvəsin – enerjinin kökündə onun oxuduğu kitablar, aldığı bədii- estetik tərbiyə dayanır. Bu mənada necə ki kosmosa çıxan avropa təfəkkürü idisə, kosmosa çıxmağın ilkin rüşeymini qoyan əsərlərin də məhz avropa ədəbiyyatından çıxması təəcüblü deyil. “ Dünya nə işlə məşğul olur, biz nə işlə” kədərli sualının önündə boynumuzu bükərək, süni intellektin , nanotexnologiyanın – bir sözlə dördüncü  sənayə inqilabının artıq öz apogeyinə yaxınlaşdığı bu dövrdə belə bir ümumbəşəri mözvulardan yazmaq missiyasını öz üzərinə götürən  yazıçı Sənan İsmayılovun yaradıcılığı bu baxımdan bizim üçün  əlamətdar olmalıdır. Yeknəsəgliyin hökm sürdüyü bu boz vakkumda Sənan İmsayılovun hekayələri həm  oxucunu öz marağı arxasında sürükləyib apara bilir, həm də necə deyərlər dünyanın aparıcı bədii – estetik trendlərinəədəbiyyatımızı yaxınlaşdırmağa cəhd edir. Müasir dövrün dünya  oxucusunu artıq gül, bülbül, kənd həyatının pafoslu illüstrasiyaları ilə təəcübləndirməyin mümkün olmayacağını anlayan hər bir yazıçı  kimi, o da “ ədəbiyyat günümüdzə nə üçündür? “ sualına – mən belə düşünürəm ki -  cavabını bu cür yəqinləşdirib: Ədəbiyyat dəyişən dünyanın universal problemlərinə işıq salmağı bacarmalı, onun bədii inikasına çevrilməlidir.

Sənan İsmayılovun “ Yük” adlanan hekayələr kitabı içərisindəki  iki hekayəni çıxmaq şərti ilə fantastika janrının nümunələrindən ibarət  maraqlı bir kitabdır. Bu hekayələrdə yazıçı öz elmi-  futuristik ehtimallarının bədi-  estetik həllini veməklə yanaşı, bu cür elmi- texniki nəaliyyətlərin fonunda yaşadığımız dünyanın əxlaq, mövcudluq, inanc və s problemlərinə də işıq salmağa çalışır. Misalçün,  kitabın ilk hekayəsi sayılan “ Dublyor” hekayəsi  elmi fantastika janrının nümunəsi sayılsa da,  özlüyündə fundamental olaraq exzistensial fəlsəfənin  qoyduğu problemləri də yenidən qabardır. İnsanın ölüm istəyi ilə yaşamaq zərurəti ( bu zərurəti daha çox ekzistensial olaraq təhkimolunmuşluq adlandırardım)  arasında qaldığı dilemmanın həllinə çalışdığı bu hekayədə biz sona  yaxınlaşdıqca intihar etmək istəyən qəhrəmanımızın  onu dublyor vasitəsi ilə həyatda saxlamağa çalışan öz  psixoloqunun izinə düşməsinə şahid oluruq. Qəhrəmanımızın bu psixoloqun sirrini faş etməsi – mənə görə əsərin metodoloji təyinatını dəyişsə də - biz burada müəllifin bu cür ağır, bəşəri mövzulara olan öz maraqlı və orijinal  yanaşmalarına şahid ola bilirik.Yaxud da “ Həyat yoldaşı” hekayəsi öz həyat yoldaşının ölümü ilə barışa bilməyən professorun gündəlik məişət həyatının  bir hissənin təsvirinə həsr olunub.  Günün kicik bir hissəsində hər gün təkrarladığı bu ritualda biz qəhrəmanımızın evində həyat yoldaşı ilə danışa - danışa öz elmi nəzriyyəsinin izahına şahid oluruq. Burada robotlardan insanlara qayıdışın müzakirəsinə şahid olduqca həm də qəhrəmanımızın sevgi, sədaqət vəs insani duyğular sarıdan xəsisilik yaşamadığının da fərqinə varırıq. Proffessor artıq elə bir dünyada yaşayır ki, insanoğlu öz yaratdığı süni intellektdən qurtulmağın yolları haqqında düşünür. Təsəvvür edin ki, biz hələ o mövzulara gəlib çatmaqda çətinlik çəkirik ki, burada insanlığın robotlara tranformasiyası necə baş verməsi aktualdır? Görünür, Sənan İsmayılov üçün bir müəllif kimi müzakirə predmeti isə artıq insanlıqdan robota yox, robotdan insanlığıa qayıdışıdır. Hekayə öz üslubunun,  dilinin əksinə kifayət qədər lirik tonlarla bitir. Mənim üçün Sənan İsmayılovun hekayələrində hələlik gördüyüm çatışmayan azsaylı  nüanslardan biri olan  erotizm və emosianallıq bu hekayədə az da olsa öz işığını göstərir.  Biz bu hekayədə gələcək dünya insanının  ekzistensial qayğılarını  duya bilirik. İnsanlığa robotlardan necə qayıtmalı? Bizi gözləyən gələcəkdə öz əlimizlə yaratdığımız süni intellektlə necə davranmalıyıq? Onunla necə münasibətdə qalacağıq? Bütün bu suallar elm adamlarını düşündürdüyü kimi, bizim yazıçımızı da rahat buraxmadığından belə əhəmiyyətli mövzulara biz onun yaradıcılığında  rast gəlirik.

“ Parçalanma hüdudu”  hekayəsi insanın böyük kosmik nəaliyyətlər önündə öz əxlaqına sədaqətini sınağa çəkir. Belə ki, uzun illər ona analıq etmiş bir şəxsi elmi təcrübə yolunda qurban verməyə razılıq vermək qəhrəmanımız üçün hər nə qədəər çətin bir seçim olsa da, bu problem önündə tutduğu etik mövqe hekayənin problematik nüvəsini təşkil edir. Hekayənin sonunda insanlığın nicatı uğrunda fədakarlığın lübud olmasına inandıqca bir daha anlayırıq ki, hər nə qədər texnologiya, robortlar dünyasında yaşasaq da, hətta bu elmi təcrübə yolunda insan qurban verməyin belə öz bəşəri təyinatı olmalıdır. Bu təyinat isə insan və insanlığın nicatıdır. Analığının elmi missiya uğrunda təcrübə predmeti olmasına razılıq verən qəhrəmanımızın artıq inandığı bir həqiqət var: Kosmos bizim yolumuzu gözləyir.

Mən bu kitabdakı hekayələrin hamısı haqqda ayrıca danışaqdansa bu hekayələrin ümumuilikdə oxunmasının tərəfdarı olduğumdan bir- bir təfərrüatlara varmağa lüzum görmürəm. İstənilən halda bu hekayələr öz təyinat nöqtələrinə gedib çatacaq, öz oxucularını mütləq tapacaqlar. Sadəcə günümüzdə artıq ədəbiyyatın funksionallıq baxımdan aktual qalıb qalmamasının sual kimi qoyulduğu bu illərdə bu tip kitabların əhəmiyyətini vurğulamağa çalışdım. Çünki əvvəldə də qeyd etdiyim kimi Sənan İsmayılovun yaradıcılığında günümüzün trend mövzuları aparıcı xətt tutur. Klonlama, kosmik səyahət, başqa planetlərdə məskunlaşma , robotlar, süni intellekt və  s kimi humanitar sahə adamlarının ehtiyyatla yanaşdığı termin və anlayışlar bir ədəbiyyatçının perspektivindən çox maarqlı bir şəkildə bizə təqdim olunur. Dünyanı narahat edən bu mövzular ətrafında ədəbiyyat yaratmaq zərurəti həm də ədəbiyyatımızn şəninə müsbət bir hadisə kimi də qiymətləndirilmədiri deyə düşünürəm.

Sənan İsmayılovun hekayələrində qəhrəmanlar bir qayda olaraq yaşadığımız və ya hələ ki, yaşamadığımız, amma haçansa içində mövcud olacağımız labüd bir dünyanı  anlamaga çalışan, onlara təqdim olunan öyrəşilmiş parametrlərdən kənardakı yeni dünyalara maraqla nəzər salan insanlardır. Mənim üçün də dünyanın anlamağın yolları saysız – hesabsızdır. Lakin nə olur – olsun insan özü ilə dünya aarsındakı münasibətlərdə öz yolunu tutmağ bacarmalı, içindəki həyata hə deyəcək, özünü yaşamağa razı salacaq o sevgisindən məhrum olmamalıdır.

Mən bu kitabdakı hekayələrin qəhrəmanlarını riyazi dəqiqliklə yığıldığını düşünsəm də, onları oxuyub tanıdıqca, insanlıqdan nəsiblərini almağı bacarmış, öz qaynar ürəklərin soyumağa qoymayan bu qəhrəmanlara heyrət edirəm. Ədəbiyyat heyrətlənmək sənətidir. Sənan İsmayılovun hekayələri istər təbəiətindəki dinamik, sürükləyici hadisələr axışına görə, istərsə də müəllifinin elmi – texniki dünyagörüşünün, fəhminin itiliyi baxımdan heyrətləndirici ədəbiyyat siyahısınds öz yerini mütləq tutacaq.

Bu hekayələr kitabı müəllifin ədəbiyyatımızı dünya ədəbiyyatı sıralarına çıxarmaq yolunda öz çiyinlərinə qaldırdığı bir yükdür. Mənim bir oxucu qənaətimə görə müəllif bu yükü lazımıca daşıya bilib. Qalır indi ona bu çütin yolda öz bacardığımız köməyi etmək. Bu çətin yolda müəllifə bol – bol uğurlar, yaradıcılıq eşqi və enerjisi arzulayıram.


                                                                                                                           





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)