Edebiyyat.az » Təqdimat » TANINMIŞ ÖZBƏK YAZIÇISININ KİTABI AZƏRBAYCANDA YAYINLANDI

TANINMIŞ ÖZBƏK YAZIÇISININ KİTABI AZƏRBAYCANDA YAYINLANDI

TANINMIŞ ÖZBƏK YAZIÇISININ KİTABI   AZƏRBAYCANDA YAYINLANDI
Təqdimat
admin
Müəllif:
10:04, 16 iyul 2022
1 312
0
TANINMIŞ ÖZBƏK YAZIÇISININ KİTABI AZƏRBAYCANDA YAYINLANDI


 

Bu günlərdə çağdaş özbək ədəbiyyatının istedadlı nüma­yən­dələ­rindən biri olan Rüstəm Cabbarovun “Xəyanətin kəsişməsi” adlı kitabı Azərbaycanda yayın­lanmışdır. Tanınmış jurnalist Ədalət Məmmədovun orijinaldan çevirdiyi, yazıçı Vaqif Sultanlının redaktoru olduğu kitaba müəllifin müxtəlif dönəmlərdə detektiv mövzularda qələmə aldığı “Kita­bın arasındakı mək­tub” və “Xəyanətin kə­siş­məsi” adlı iki povesti daxil edil­mişdir. 

Qeyd edək ki, Rüstəm Cabbarov 1979-cu ildə Səmərqənd vilayətinin Urqut rayonunda doğulmuşdur. Özbəkistan Milli Uni­versitetinin jurnalistika fakultəsini bitirdikdən sonra “Respublika”, “Kənd həyatı”, “Darakçı” qəzetlərində müxbir, redaktor müavini və baş redaktor kimi çalışmış, habelə Özbəkistan Milli Xəbər Agentliyinin baş redaktor müavini vəzifəsini icra etmişdir. 

Rüstəm Cabbarov iyirmidən cox bədii, publisistik və tərcümə kitabının müəllifidir. Şeir, hekayə və publisistik məqalələri Azərbaycan, Özbəkistan, Hindistan və başqa ölkələrdə dərc olunmuşdur. Dünyanın tanınmış klassiklərindən Gi de Mopassan,  Edqar Po, Qabriel Qarsia Markesin əsərləri ilə yanaşı, Azər­baycan ədəbiyyatından Anar, Sabir Rüstəmxanlı, Vaqif Sultanlı, İlqar Fəhmi və başqa yazıcıların hekayə, povest və romanlarını özbək dilinə çevirərək yayınlamışdır. Rüstəm Cabbarovun müəllifliyi ilə çəkilmiş “Vicdan” (2007), “Yoxsul adam” (2011), “Asragil” (2017) və ”Namus” (2017) və başqa bədii filmlər Özbəkistanda böyük şöhrət qazanmışdır.

Rüstəm Cabbarovun “Xəyanətin kəsişməsi” kitabına daxil edilmiş hər iki povest (“Kita­bın arasındakı mək­tub” və “Xəyanətin kə­siş­məsi”) ilk öncə “Kredo” qəzetinin 2018-2019-cu il saylarında hissə-hissə yayınlanmışdır.

Kitaba “Janrların kəsişməsi: modern nəsr texnikasında detektiv” adlı geniş ön söz yazmış filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədli qənaətlərini belə ümumiləşdirir: “Rüstəm Cabbarovun təqdim edilən kitabının sizdə maraq doğu­ra­ca­ğına əminik, kitabın içindəki əsərlər modern nəsr texnikasına uyğun şə­kildə qə­ləmə alınıb, hesab edirik ki, bu mətnlər de­tektiv janrının məhz müəllifə xas bir sıra ele­ment­lərlə zənginləşməsi ilə də diqqəti çəkəcəkdir. Bu kitab eyni zamanda, Azərbaycan - Özbəkistan ədəbi əlaqə­lərinin inkişafı və ədəbi proseslərin yaxınlaş­ması və qovuşması baxımından əhəmiyyətli rol oyna­yacaqdır”.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)