Edebiyyat.az » Ədəbi tənqid » Könül Nuriyeva - Atasız qalmış cəmiyyət

Könül Nuriyeva - Atasız qalmış cəmiyyət

Könül Nuriyeva - Atasız qalmış cəmiyyət
Ədəbi tənqid
nemət
Müəllif:
00:58, 18 fevral 2020
1 387
0
Könül Nuriyeva - Atasız qalmış cəmiyyət





  Avtobusda oturmuşam, təxminən ona yaxın məktəbli oğlan güzgü əllərində saçlarını düzəldirlər, biri o birindən necə göründüyünü soruşur. Saçları  pırpız, göyə qalxmış, sığallanmış vəziyyətdə olan bu oğlanlara baxaraq, düşünürəm ki, onlar uzun müddetdi  ataları ilə söhbət etməyib, ikilikdə çay içməyib, çiyinlərinə kişi yumruğu dəyməyib.

Bilmirəm, nə vaxtdan başladı ata-oğul uzaqlığı? 

Kökünü araşdırmaq üçün tarixə getsək, Sultan Süleyman qədər oğulları ilə yaxınlıq edən ata, sonda iki qardaşın bir – birinə qılınc çəkməsinin ağrısını yaşadı.

Sovet dövrünə nəzər salsaq, ailələrdə ata güc və hörmətin əsas simvolu idi. Pərdəli münasibət, atana deyərəm kimi anaların ürəyimizə qorxu salan sözləri, ata evə gələn kimi hökm sürən sakitlik - bəlkə bunlar “atasız“ etdi  bu gün o məktəbliləri?

Məktəblərdə kişi heyəti 1% nisbətindədir. Qadın müəlliməsi, təbiətinə uyğun olaraq, saçına dərs boyu bir dəfə sığal çəkirsə, oğlanlar da bu vərdişi qeyri – ixtiyari  mənimsəyir.

Bir qadından boşanma səbəbini soruşanda :

Ərim mətbəxtdən çıxmır, soyuducuda  qablar düzgün sıralanmazsa , məni döyür. Paltar dolabında  geyimlər cüzi səliqəsiz olarsa, məni təhqir edir.

 

Heyrət etməmişdim, bu atasızlığın, kişisizliyin  o qadının ərinə vurduğu zədə idi. Daimi ana ilə, qadınla ünsiyyət, yaşamaq oğlanların Cahandar ağaya xas keyfiyyətlərini heçə endirib. Və bu tədricən olduğu üçün, birdə ayılmışıq ki, cəmiyyətin çoxu kişi görünüşlü, qadın xasiyyətli adamlardan ibarətdir.

Oğlanın, kişinin qarışmayacağı, yadına düşməyən sahələr var. Məhz bu, onların Cavad xan cəsarətli, Xətai kimi döyüşkən şair ruhlu, Lütfizadə kimi alim olmasına şərait yaradardı.

Daha dərinə getsəm, qadın keyfiyyətli, məsələn duyğulu, kiçik hadisədən təsirlənən, səs – küy yaradan, düşünməyi deyil, boş danışmağı üstün sayan  oğlanların iş yerində ilk çətinlikdə nə duruma düşməsi ürəkağrıdan haldır.

Müdirim məni hər dəfə təhqir edirdi, susurdum, bayıra çıxıb ağlayırdım. Səhəri gün daha aqressiv davranış göstərirdi. Günü – gündən artan əsəbinin səbəbini bilmirdim. Bunu evdə anama danışırdım. Mənə dözməyi və səbrin əlac olduğunu öyrədirdi. Təsadüfən atamla rastlaşdım, bizi atıb getmişdi, ayda bir dəfə ya baş çəkərdi, ya heç çəkməzdi. Müdirlə bağlı dərdimi ona dedim:

-Oğlum, bu dəfə üstünə qışqıranda, sən səsini ucalt, cavab qaytar. Qorxma! Ağrılara basmaqdan, əziləni əzməkdən aldığı zövqü onun gözündə qoy.

 

Onun dediyini etdim. Nəticə əla idi. Həmin gün anladım ki, cəmiyyətimiz atasız qalıb.Kişi kəlmələrinə ehtiyacdan əllərimiz saçlarımızdadır, mətbəxə müdaxilə edirik,  təslimçi mövqe tutub , kövrək  situasiya yaradırıq. Bu ciddi məsələdir,  on il sonra oğlanlar dırnaqlarına boya çəksə, gülüşləri qadınınkına bənzəsə, önlük taxıb çömçə əlində pəncərədən qonşu pərdəsindən içəri boylansa, onda kök və səbəblər axtarmaq mənasız və gec olacaq.


 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)