Edebiyyat.az » Poeziya » Fərid Muradzadədən şeir...

Fərid Muradzadədən şeir...

Fərid Muradzadədən şeir...
Poeziya
admin
Müəllif:
19:24, 01 aprel 2022
1 438
0
Fərid Muradzadədən şeir...



Sən yatanda gecələr
Buludlar arasından
Oğrun-oğrun boylanıb
pəncərəndən süzülən
Ay işığı olaydım. 
Süzülüb pəncərədən otağına dolaydım,
Sənin gül camalını vurğun- vurğun süzəydim. 
Yastığın üstündəki
İlan kimi qıvrılan telini qoxlayaydım
Körpə uşaqlar kimi, əllərindən tutaydım... 
Sən yatanda gecələr
Sənin yuxularına 
Yuxusuz gözlərimlə keşik çəkəydim gülüm
Sən yatanda gecələr gəlib səndən xəbərsiz
Durub başının üstə sənə layla çalaydım. 
Heç zaman yazılmayan
Heç zaman deyilməyən 
heç zaman oxunmayan bütün şeirlərimi
Sənunçün oxuyaydım, ruhunu oxşayaydım. 
Sən yatanda gecələr                 
Ruhum, xəyalım ilə                   
Gecənin qanadında 
sənə qonaq gələydim.                      
Sən yatanda gecələr             
Dan yeri ağarmamış azan səsi olaydım                            
Yayılıb dalğa-dalğa ruhuna toxunaydım.                             
Bir meh olub çöhrəndən,
Yanağından öpəydim            
Səssiz gəldiyim kimi səssiz çıxıb gedəydim.                        
Sən yatanda gecələr...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)