Edebiyyat.az » Poeziya » Fərid Muradzadənin şeirləri

Fərid Muradzadənin şeirləri

Fərid Muradzadənin şeirləri
Poeziya
nemət
Müəllif:
23:10, 14 aprel 2019
2 004
0
Fərid Muradzadənin şeirləri

 


Çəkilib araya tikanlı sərhəd,
 
Neçə canlar alıb bu qanlı sərhəd.
 
Araz taleyinə sərhəd yazıldı,
 
Hansı qanla əllə qismət yazıldı?
 
O hansı soysuzdu soyu qurutdu,
 
Urmiya gölündə suyu qurutdu.
 
O hansı dindardır kafirlə əlbir,
 
Bir xalqı sorğusuz ikiyə bölür.
 
Hanı tarixlərin qədim Təbrizi,
 
Dövlətlər paytaxtı, dövlət mərkəzi.
 
Burda məşrutələr acı sonlandı
 21 
Azər də qana boyandı.
 
Sonra bir qəribə inqilab oldu,
 
Hər şey dəyişildilap bərbad oldu.
 İ
stibdad dəyişdi orda donunu,
 
Rejim hey sümürür xalqın qanını.
 
Din deyib inancı heçə endilər,
 
Mənliyi, ərliyi yerə gömdülər.
 
Təpədən dırnağa şeytan olanlar,
 
Söylədi nə qədər şirin yalanlar.
 
Amma bu millətin ruhu mübariz,
 
Hələ də qaynayır aramla Təbriz!
 
Ey Turan mülkünün yetkin övladı,
 
Eşitqurd ürəkli türkün övladı.
 Ə
lə olanları xəlbirdən keçir  
 
Gözündən,könlündənqəlbindən keçir,
 
Anlayaddaşına həkk elə bunu
 
Turana gedən yol Təbrizdən keçir!



 
Gündüzlər əsəbigərgin,
 
Gecələri yatammıram.
 İç
imdən bir səs hayqırır,
 
Qılınc kimi sıyrıl deyir.
 
Məzlum, məsum uşaq səsi 
 Oyan!deyir,ayıl! deyir.
 Bir səs də var,
 Dərdli-dərdli inildəyir, 
 Gurum-gurum guruldayır
 qulağımda 
 Gündüzləri uğuldayır, 
 Gecələri belə deyir;
 Nə vaxtadək dözəcəksiz, 
 Belə susqun, belə səssiz.
 Mən körpəyəm, ləkələnmiş, 
 Mən anayam ,ləkələnmiş, 
 Mən namusam, ləkələnmiş 
 Mən Vətənəm 
 Hər qarışı qan bələnmiş!
 Bəs sən kimsən?!
 Vətəndaşım?!
 olammazsan. 
 Olsa-olsa sən olarsan 
 Üz qarası, qara daşım!
 Gəl incimə sözlərimdən 
 Çünki,indi yağı gəzir
 düzlərimdə, çöllərimdə
 İllər boyu gözlədim də 
 Gəlmədiniz!
 Xocalıyam, siz dərdimi bilmədiniz!
 Etdilər bağrımı şan-şan
 Cisim ölü, ruh pərişan. 
 Harda qaldı Azərbaycan,
 Azərbaycan oğulları?!
 Kim öyrəti sizə belə
 ,,şirin-şirin nağılları ".
 Mənə hər il yas tutursuz
 tutmayın!
 Yalan-gerçək ağlayırsız 
 etməyin!
 Bircə məni azad edin
 Yalvarıram!
 Təmizləyin, üstümdəki ləkələri!
 Heç olmasa rahat olsun 
 Namusuna xələl gəlmiş, 
 Öz yurdunda qərib ruhlar 
 O məsumlar,günahsızlar!
 Bu zülmü Allah götürmür, 
 bəndə niyə daşıyır?
 Hər bir əsir qan ağlayır, 
 Gözündəki  yaş deyil.
 Hər birinin bir qəlbi var,
 Köksün içi boş deyil. 
 Hər əsirin səndən qopan 
 candan ayrı bir parça can,
 Hansı soysuz pay eylədi 
 sənin gülşən torpağından ?
 Bəs nə zaman alacağıq 
 Şəhidlərin, əsirlərin
 intiqamın yağılardan 
 Ey yaralı Azərbaycan, 
 ey yaralı Azərbaycan!

***


Gecələr kölgəmlə həmdəm oluram,
 Gecələr ocaqsız, odsuz yanıram, 
 Gecələr dərgaha məktub yazıram, 
 Niyə ünvanına yetmir, ay Allah!
 
 Bürüyür qəlbimi gecə qüssə,qəm,
 Vücudum titrəyir üşüyürəm mən,
 Anlaya bilmirəm, bu dərdim, çiləm, 
 Niyə tükənməyir, bitmir, ay Allah!
 
 Surəti xəyallar, yeri xəyallar, 
 Çəkir uzaqlara dərin xəyallar,
 Köhnə xatirələr, şirin xəyallar,
 Niyə gözlərimdən getmir,ay Allah!
 
 Aslanlar qəfəsdə sakin olubdur, 
 Bisavad adamlar alim olubdur,
 Yalan bu dünyaya hakim olubdur,
 Yalansız bircə gün ötmür ,ay Allah!

***


 Küfr deyir ,yazın dedi,
 Tutun bunu, asın dedi,
 Cahil mənə asi dedi,
 Arif olan duyar məni. 
 
 Mükafatım-divanəlik, 
 Qəlbim oldu qəmxanəlik,
 Hər gördüyüm biganəlik, 
 Gizli-gizli oyar məni.
 
 Düzdə qaldı sözün düzü,
 Hanı məşhur elin gözü,
 Cəllad deyil, cahil sözü ,
 Ürəyimdən soyar məni. 
 
 Ey cismimin ləli könül ,
 Könüllər gözəli könül,
 Bir,,yar" sevdin, dəli könül, 
 Etdin diyar-diyar məni.

***


 Hər daşın bir xatirədir, 
 Tarixin qaynar kürədir,
 İstiqlalın məfkurədir,
 QədimTəbriz!
 
 Göz yaşlarım sel tək axdı,
 Həştbehiştdən əsər yoxdu,
 Nəsriyyəni də kim yıxdı
 Qədim Təbriz?!
 
 Neçə-neçə üsyan oldu,
 Küçələrin al qan oldu,
 Məşrutəyə meydan oldun
 Qədim Təbriz!
 
 Eyni kökdən, eyni qandan
 Kim ayırdı canı candan.
 Oldum elimdən, obamdan
 Qədim Təbriz!
 
 Qəmli-qəmli axır Araz,
 Yaz tarixə bunu da, yaz!
 Adın əsla unudulmaz 
 Qədim Təbriz!
 ***
 

 Budur xislətim, buyam,
 Neylim, təkəm,tənhayam, 
 Mən hayqıran dalğayam
 Səsimə səs verən yox.
 
 Dua etdim oyana,
 Aşdı məndən o yana,
 Unuduldum, ay ana, 
 Səsimə səs verən yox. 
 
 Sular axır qan, Araz
 Gəl olaq həyan, Araz
 Dərdliyəm , ey Xan Araz
 Səsimə səs verən yox. 
 
 Hər tərəfi hasardı, 
 Bura nə yaman dardı, 
 Elə bil ki məzardı,
 Səsimə səs verən yox. 
 
 Vurğun oldum bir ada,
 O da salmır heç yada
 Yalqız qaldım dünyada
 Səsimə səs verən yox. 
 
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)