Edebiyyat.az » Poeziya » HÜSEYN ATABAŞ - "KÜLƏYİ ÖPMƏK"

HÜSEYN ATABAŞ - "KÜLƏYİ ÖPMƏK"

HÜSEYN  ATABAŞ   - "KÜLƏYİ ÖPMƏK"
Poeziya
Nicat Heşimzade
Müəllif:
23:52, 03 mart 2019
1 881
0
Tanınmış türkiyəli şair Hüseyn Atabaş vəfat edib. Şairin şeirlərindən nümunələri təqdim edirik.


Tanınmış türkiyəli şair Hüseyn Atabaş vəfat edib.

 Şairin şeirlərindən nümunələri təqdim edirik.





Sürgün çəkmiş bir ürəyəm say ki,

Arxının   suyu  bağlanmış

            boşa fırlanan dəyirman daşı,

özümü ovuduram durmadan.


Nə düşünsəm yarımçıq, yarımçıq...

hansı yana çevrilsəm insan yanım ağrıyır;

            ovuclarımı  oxşayır

nə yaxşı qoynundan əsən ruzigar,

əsərkən adamı   dəli edir o an!


Küləkdə söyləyəcək sözmü yox,

amma dostluğu kimləsə paylaşmır;

silib-süpürür önünə nə gəlirsə!..


II


Qaranlıq qaranlığa qovuşunca

hər kəs bir-birinin ac qurdu oldu,

o isə göydən tək damla kimi düşmədi yerə.

Varlıqdan   yoxluğa sürüklənmək kimi

            bir yanlışlıq içindəyəm

sanki bu ömür deyilən nəsə?..


Kimsənin ağzını biçak kəsmir

yol yürüyüb gedir necəsə.

Gizləndiyim dünyam da olsan mənim

yaxşı ki, heç kimsələrin xəbəri olmayır,

yanıldığımı   özümlə paylaşıram.


Dedim axı, sürgün çəkmiş bir ürəyəm,

arxının suyu   kəsilmiş bir dəyirman

özüm sayıqlayıram durmadan.


Könlümün bomboş sir tarlasına

buğda əkdim, darı biçsəm razıyam,

adımı ovcuma yazdım unutmamaq üşün

kanadıma toxunan külək oldun hey...


III


Söylədiklərin heç anlaşılmır,

əllərimi qoymağa yer tapmıram

            küləklərin qoynunda.

Üstümdə süzgəcdən keçmiş göy üzü,

öpərək oyandır günü yuxudan...


Gözəlliyə yaxşılıqla qarşılıq vermək

Sanki oxşamaq polad biləklərdəki soyuqluğu .

Dünya dəhşətin dili ilə danışırmış,

od suyu öpürmüş dodaqlarından...


Mən səni öpsəm rəvadırmı?...


 Çevirdi A. Qaradərəli

“Yazı” dərgisi


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)