Edebiyyat.az » Proza » Xədicə Uğur - Gerçəkləşən arzu

Xədicə Uğur - Gerçəkləşən arzu

Xədicə Uğur - Gerçəkləşən arzu
Proza
admin
Müəllif:
10:43, 30 dekabr 2021
1 238
0
Xədicə Uğur - Gerçəkləşən arzu




   

 Göydə parlayan fişəng sevincinə sevinc qatırdıFişəngin haçalanıb aşağı süzülən işığı ora yığışan hər kəsi valeh etmişdi. Antuanın ad gününü qeyd edirdilər. Bu gün onun 7 yaşı tamam olurdu. Əynindəki ağ kostyum, seSincdən qızaran yanaqları, üzündəki təbəssüm və həyəcan, məğrur duruşu onun bu həyatda hələ heç bir çətinlik görmədiyini göstərirdi.

 Yuxarıda parlayan işıq Fransuanı da sevindirmişdi. Bir anlıq da olsa qorxu dolu olan ürəyinə sevinc gəlmişdi. Görəsən bu rəngli işıqlar nəyə görə  göydə yoxa çıxır? Olmazdımı yerə kimi gəlsin? Lap elə mənim yanıma düşsün. Sonra bu xoş arzusundan və xəyallarının apardığı uzağlıqdan qayıdıb olduğu yerə baxdı. Qaranlıq və dar küçə. Əlində köhnə və cırıq bir torba zibil qutusundan yemək axtarır. Dünəndən bəri heç nə yeməmişdi və artıq enerjisi tükənirdi. Hava qaraldıqca bu təklik küçələr elə qorxulu olurdu. Baxmayaraq ki, ay parıldayırdı, amma ayın işığı dar küçələri aydınlatmırdı. Aman Allah bu gün yemək tapmasam anam məni öldürəcək.  Yenə özündən iki dəfə böyük olan zibil qutusunu eşələməyə başladı.

 Antuan isə özündən iki dəfə böyük olan ad günü tortuna baxdi. Tortun ən üst hissəsindən kəsə bilməsi üçün atası onu qucağına götürdü. Hə Antuan, bu gün sənin günündür. Əvvəkcə ürəyində bir arzu tut və şamları bir nəfəsə üflə. Gözlərini yumub Disneyə getməyi arzuladı. Halbuki bunun üçün ürəyində gizli arzu tutmağa ehtiyyac yox idi. Atasına desə elə günü sabah onu Disneyə aparardı. Ancaq tort kəsmə mərasimindəki bu adət onun xoşuna gəlirdi. Bu arzunun atasına demədən öz-özünə reallaşmasını istədi. Sonra tortu kəsdi. Bu nəhəng tortdan ora yığılan hər kəsə verdilər. Şən insanların zarafatları və gülüşləri eşidilirdi. Yavaş səslə çalan musiqi hər kəsi məst eləmişdi. Həmin anlarda Fransua da gözlərini yumub arzu tutmuşdu. Tanrım, nə olar burdan bir parça da olsa çörək tapım. Çox istəmirəm ki, azca olsa bəsimdir.  Yoxsa anam mənə bərk qəzəblənəcək. Elə biləcək ki, bütün gün boyu avaralanmışam. Həm də yəqin o da acdır. Beləcə bir saat da keçdi. Heç nə tapa bilmədim. İndi nə olacaq?

 Ad gününə gələn adamlar Antuana hədiyyələrini vermək üçün yığışdılar. Cozep dayı ona robot hədiyyə elədi. Gəzən, rəqs edən və mahnı oxuyan   robot. Antuan belə bir hədiyyəni gözləmirdi. Həm çox təəccübləndi həm də çox sevindi. Təşəkkür edib robotu yerə qoydu. Robot rəqs etməyə başlayanda hər kəs onun ətrafına yığışdı. 

Ah Fransua. Bu gün heç nə tapa bilməməyin məyusluğunu daşıyırdı çiynində. İri qara gözlərində elə bir kədər var idi ki, kim görsə ürəyi parçalanardı. Qaranlıq küçədən çıxıb market işıqları olan yerə  tərəf gedirdi yavaş-yavaş. Heç tələsmirdi evə. Tələsməli nə var idi ki?  Marketdən gənc bir qadın ilə kişi çıxdı. Yüksək səslə danışıb gülürdülər.Fransua onların arxa tərəfində idi. Qadın yolu keçmək istəyəndə təsadüfən onu gördü.  Elə bil baxışları donub qaldı. Heç nə demədən yavaşca yaxınlaşdı uşağa. Onun qarşısında əyilib onun boyda oldu. Və uşağın uzun müddətdir yuyulmayan saçlarına, yara dolu əllərinə, köhnə cırıq paltarına və kədər dolu gözlərinə baxdı. Çantasından böyük bir peçenye paketi çıxarıb Fransuaya verdi. Uşaq qızın üzündən öpüb peçenyeni qucaqlayaraq qaçdı. Evə gəlib həvəslə qapını döydü.

- Gəldin yaramaz? Anası qəzəblə soruşdu. Bütün günü harda itib batmısan?

- Ana, bax məndə nə var!

- Oğlum, bunu sənə kim verib? Anasının səs tonu dəyişdi.

- Bir qız, elə indi verdi. Yoxsa heç nə tapmamışdım. 

Evdə nə çay nə kofe nə də süt var idi. Ancaq su var. Anası suyu qızdırdı.Peçenyeleri suya batırıb yedilər. Yeyib qarnı doyandan sonra bu qaranlıq, soyuq, rütubətli otaq ona sanki geniş, işıqlı və isti görünmüşdü. Nazik həsirinin üstünə uzanıb sakitcə yuxuya getdi. Ayın işığı əks olan üzündə xoşbəxt bir təbəssüm var idi.Antuan yəqin ki nə vaxtsa arzusuna çatacaq. Fransua isə artıq arzusuna çatmışdı.

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)