Sərhədsiz Ümid-Nigar Yarməmmədova

Uşaqlığın parlaq kölgələri
Alis və Ameliya İngiltərənin London şəhərində yaşayırdılar. Onlar uşaqlıqdan ayrılmaz dost idilər. Hər gün birlikdə məktəbə gedir, bir yerdə dərslərini oxuyur, boş vaxtlarını isə ən sevdikləri iş olan rəsm çəkməklə keçirirdilər. Rəngli karandaşlar, ağ vərəqlər və uşaq təbəssümləri... Onların dünyası bu üçlüyün içində gizlənmişdi.
12 Mart — bu tarix Alisin həyatında hər zaman xüsusi yeri olan bir gün idi. Bu onun doğum günü idi və həmin gün 8 yaşına qədəm qoyurdu. Evi bəzənmiş, masada tort, dostlar, gülüş səsləri... Ən başlıcası isə yanında Ameliya vardı. Onun ən yaxın rəfiqəsi. Bir-birinə bacım deyəcək qədər yaxın.
Hər şey çox gözəl idi... ta ki, gecəyə yaxın qorxunc səslər eşidilənə qədər. Gözlənilməz şəkildə evə daxil olan silahlı şəxslər Alisin atası-Ethana hədə dolu sözlər söylədi:
— Bu gecə ölkəni tərk edəcəksiniz, yoxsa özünüzdən küsün!
Bu sözlər qorxulu bir gerçəyin xəbərçisi idi. Həmin şəxslərdən biri — bu təhdidin sahibi Samuel idi. O Samuel ki, illər öncə Ethanın üzündən öz həyat yoldaşını itirmişdi İndi isə Samuel onların qarşısına intiqam almaq üçün çıxmışdı.Artıq o, daha hiddətli, daha təhlükəli idi.
Ethan bir an belə tərəddüd etmədən həyat yoldaşı Emily-yə baxaraq sakit, amma əmr edən səslə dedi:
— Heç nə soruşma, dərhal hazırlaş. Alisi götür, hava limanına gedirik.
Alis və Ameliya nə baş verdiyini anlamadan, bir-birinə sarılaraq ağlamağa başladılar. İki balaca ürək ayrılmağın ağırlığını hiss edirdi. Alis Ameliyanın qulağına pıçıldadı:
— Məni unutma... Səni tapacağam, nə olursa olsun.
Beləcə, Ethan, Emily və Alis gecəyarısı şəhəri tərk etdilər. İlk təyyarə Fransaya idi. Onlar öz canlarını xilas etməyə çalışırdılar... Amma heç biri bilmirdi ki, bu gediş onların taleyini kökündən dəyişəcək.
Ameliya evinə qayıtdıqdan sonra öz otağına çəkildi. Səssizcə ağlayırdı. Anası onun saçlarını oxşayıb dedi:
— Bəlkə də belə olması daha yaxşıdır, qızım...
Amma bu cümlə Ameliyanın qırılmış qəlbini sağaltmağa yetmirdi. Onun dostu, sirdaşı, bacısı getmişdi...
Yad topraqda yad hisslər
Alis, Emily və Ethan Fransaya çatdıqda artıq gecə yarısı idi. Hər üçü yorğun, amma daha çox həyəcanlı və qorxu içində idilər. Parisin sakit küçələri onlara sığınacaq olmuşdu. Ethan dostlarından birinin köməyi ilə kiçik, sadə bir ev kirayələdi. Həyatlarını sıfırdan qurmağa məcbur idilər.
Alis üçün hər şey yad idi. Dil, insanlar, küçələr, hətta havanın qoxusu belə fərqli gəlirdi. Amma ən çox darıxdığı şey bir nəfər idi — Ameliya.
Günlər, aylar keçdi. Alis məktəbə getmək yerinə evdə təhsil almağa başladı. Ethan qızını həddindən artıq qoruyurdu. Çölə tək çıxmağa belə icazə vermirdi. Bu sərtlik Emily-ni narahat etsə də, Ethan daim bir şey deyirdi:
— Onu qorumaq mənim borcumdur. Hər şey bitməyib.
Alis bu sözləri anlamasa da, atasının gözlərindəki qorxunu görürdü. Bəlkə də bu, keçmişin kölgəsi idi. Amma bu qorxu Alisin azadlığını da əlindən alırdı.
10 il bu şəkildə keçdi. Alis artıq 18 yaşında idi. Gözəl, ağıllı, amma tənha bir qız. Hələ də Ameliyanı düşünür, onunla bağlı rəsmlər çəkirdi. Yuxularında tez-tez uşaqlıqlarına qayıdırdı və hər dəfə o yuxulardan ağlayaraq oyanırdı.
Bir gün, Ethan və Emily onu evdə tək buraxaraq alış-verişə çıxdılar. Evdən çıxmadan öncə dedilər:
— İki saata qayıdacağıq, heç nəyə toxunma.
Saatlar keçdi... Qapı döyüldü.
Alis sevinclə qaçdı, valideynlərinin gəldiyini düşündü. Amma qapının o biri tərəfində iki polis zabiti dayanmışdı.
— Siz Alis Ethansınız? — Bəli...
Nə olub?
— Təəssüf ki, valideynləriniz avtomobil qəzasında həyatlarını itiriblər...
Alisin yer ayağının altından çəkildi. Dünya başına fırlandı. Onun üçün zaman dayanmışdı. Bu xəbər — onun bütün həyatını alt-üst etdi. Tək qalmışdı. Həm də tamamilə.
Geri Dönüş və Köhnə Qapı
Dəfn mərasimi sakit və sadə oldu. Alis atasının bank hesabındakı pullarla bütün işləri həll etdi və bir qərar verdi — geri dönmək.
Londona. Ameliyanın yanına.
Bir neçə gün sonra səhər saat 6-da təyyarədən endi. Küçələr tanış olsa da, 10 il onları dəyişmişdi. Qəlbində qəribə bir həyəcanla köhnə evlərinin qapısını döydü.
Qapını yaşlı bir qadın açdı — Emma, Ameliyanın nənəsi. İlk baxışda tanımasa da, Alisin gözlərindəki qorxu və tanışlıq hissi onu geriyə apardı.
— Sən... Alissən? — Bəli, xala... Mən qayıtdım...
Emma onu içəri dəvət etdi. Alis ətrafa baxaraq keçmişi xatırlayırdı. Birdən qapı açıldı.
— Nənə, mən gəldim! Ameliyanın səsi eşidildi.
Alis yan otaqdan çıxdı. Ameliya dondu. 10 il keçmişdi... amma bu Alis idi. İki qız bir-birinə sarılıb ağladılar. Həsrət, sevinc və keçmişin acısı bir anda axıb getdi.
Alis ona hər şeyi danışdı. Ameliya isə:
— Sən tək deyilsən. Mən varam. Biz varıq. Bu ev sənindir, — dedi.
Yeni Nəfəs, Köhnə Yaralar
Alisin Ameliya ilə bir evdə yaşamağa başlaması onun üçün həm rahatlıq, həm də qəribə bir hiss idi. 10 il sonra yenidən tanış bir üzü hər gün görmək, uşaqlıq illərinin bir parçasını yanında hiss etmək onu sakitləşdirirdi.
İlk günlər Alis susqun idi. Tez-tez rəsmlər çəkir, köhnə dəftərlərini qaralayır, keçmişi düşünürdü. Ameliya isə əlindən gəldiyi qədər onu həyata qaytarmağa çalışırdı.
— Gəl bir az gəzək, — deyirdi tez-tez. Sənə şəhəri yenidən tanıdım.
Beləcə, qızlar tez-tez parka, kitab mağazalarına, bəzən sadəcə sakit küçələrə gedirdilər. Həyat yavaş-yavaş normal axarına qayıdırdı.
Bir gün Ameliya Alisə iş təklifi ilə gəldi:
— Yaxınlıqda bir ofisdə işə başlayıram. Onlar daha bir nəfər axtarırlar. Gəl birlikdə müraciət edək.
Alis tərəddüd etsə də, razılaşdı. Onların başladığı ofis sakit, rahat və səmimi bir mühit idi. Orada ilk gündən etibarən bir masada oturan iki gənc oğlan diqqətlərini çəkdi — biri Leo, biri Anri idi.
Leo mehriban, sakit təbiətli, gülümsəyən gözləri olan bir oğlan idi. Anri isə zarafatcıl, pozitiv enerjili biri idi. İlk qarşılaşmaları kiçik bir hadisə ilə başladı: Ameliya təsadüfən suyu Alisə tökdü və Leo dərhal yaxınlaşıb salfet uzatdı:
— Kömək edə bilərəm?
— Təşəkkür edirəm, deyə Alis gülümsədi.
Bu sadə jest ilk söhbətə, sonra isə tez-tez rastlaşmalara səbəb oldu. Qısa zamanda bu dörd gənc arasında dostluq yarandı. Günlər keçir, ofis nahar fasilələri, park gəzintiləri, bəzən birgə film axşamları ilə daha da dərinləşirdi.
Ameliya və Anrinin arasında da sanki görünməz bir bağ yaranırdı. Bunu hər ikisi hiss edir, amma dilləndirmirdilər...
Səfər Qərarı və Ürək Açımı
Yay aylarının yaxınlaşdığı bir gün Anri təklif etdi:
— Bir azlıq şəhərdən uzaqlaşmaq istəmirik? Həm dincələrik, həm də dəyişiklik olar.
Leo və Ameliya dərhal razılaşdılar. Alis də tərəddüdlə başını tərpətdi. Beləcə onlar birgə dağlıq bir bölgəyə, sakit bir kənd evinə yollandılar. Gözəl təbiət, sakitlik və birlikdə keçən vaxt onlara çox yaxşı təsir etdi.
Bir axşam, gün batarkən Ameliya və Anri evin yaxınlığındakı göl kənarında oturmuşdular. Sakitlik hökm sürürdü. Anri bir müddət susdu, sonra baxışlarını Ameliyaya yönəltdi:
— Ameliya… bəlkə də bunu daha əvvəl deməliydim. Mən səninlə tanış olduğum gündən bəri içimdə bir şey dəyişdi. Səni düşündükcə gülümsəyirəm. Yanında olmaq, səninlə danışmaq… bunlar mənim üçün dəyərli hisslərdi.
Ameliya donub qaldı. Gözlərini Anri-dən çəkə bilmirdi. Ürəyində nə vaxtdan bəri böyüyən o hisslər bu sözlərlə aydınlıq tapmışdı. Gülümsədi:
— Mən də eyni hissləri yaşayıram… sadəcə qorxurdum.
Bu gecə onların arasında yeni bir bağın möhkəmlənməsi oldu. Alis və Leo isə verandada oturmuş, səssizcə ulduzlara baxırdılar.
Leo yavaşca Alisin yanağına baxdı:
— Sən dəyişmisən. Amma içindəki güc olduğu kimi qalıb. — Səncə bu güc məni qoruyur, yoxsa yavaş-yavaş yandırır? — deyə Alis pıçıldadı.
Leo cavab verə bilmədi. Çünki qəlbində bir səs var idi. O səs ona deyirdi ki, əgər Alis atasının — Samuelin oğlu olduğunu öyrənsə, hər şey sona çatar…
Susqunluğun Səsi
Səfərdən qayıtdıqdan sonra hər şey zahirən əvvəlki kimi idi. Amma Ameliyanın gözləri indi Anri-yə başqa baxırdı. İkisi də içlərindəki hissləri daha gizlətmirdilər. Leo ilə Alis isə... onların münasibəti sakit, amma dərin idi. Hər toxunuşda, hər baxışda bir etibar, bir qorxu gizlənirdi.
Leo daha çox düşünməyə başlamışdı. Gecələr Alisin şəkillərinə baxır, onu necə qoruyacağını düşünürdü. Atası Samuelin keçmişdə etdiklərini Alis öyrənsə, onu birdəfəlik itirə bilərdi. Amma Alisə yalan demək də ona zülm kimi gəlirdi.
Bir gün Leo evdə köhnə bir qutunu açdı. İçində uşaqlıq şəkilləri, məktublar, köhnə sənədlər vardı. Və bir foto — atası Samuel və Ethanın birlikdə olduğu bir şəkil. Arxa tərəfində yazılmışdı: 1996 – bir vaxtlar dost olanlar…
Leo bu şəkli əlinə alıb titrəyən əlləri ilə yenidən qutunun dibinə qoydu. Ürəyində bir qərar verdi: Alisə hələlik heç nə deməyəcəkdi.
Amma Alis də səssiz deyildi. O da qaranlıqda qalan suallara cavab axtarırdı. Atasının qəfil qaçışı, sonra qəza… bəlkə də bu sadəcə təsadüf deyildi?
Bir gün ofisdə Ameliya ona yaxınlaşdı:
— Son günlər çox susqunsan.
— Əvvəllər düşündüyüm şeylərə indi başqa gözlə baxıram, — dedi Alis.
— Məsələn?
— Valideynlərimin ölümü. Həmin gün... nədənsə, sanki izlənirdik. Elə bil kimsə bizi bilirdi. Bu qədər sadə bir qəza ola bilməzdi.
Ameliya susdu. O da Alisin atasının təlaşlı şəkildə onları aparmasını unutmamışdı. Əllərini Alisin əlinin üstünə qoydu:
— Araşdırmaq istəyirsənsə, mən səninləyəm.
O gündən sonra Alis gizlincə köhnə məktubları, atasının e-maillərini, hətta qəza sənədlərini oxumağa başladı. Kiçik bir ipucu, avtomobili vuran maşının sürücüsünün izsiz yoxa çıxması onun içindəki şübhəni daha da artırdı.
Bu ara Anri ilə Ameliya daha çox vaxt keçirməyə başlamışdılar. Hər gün ofis sonrası birgə gəzməyə gedir, musiqidən, kitablardan, gələcəkdən danışırdılar. Anri bir dəfə ona dedi:
— Sən mənim həyatıma sabitlik gətirdin. Mənim dağınıq ruhuma səninki kimi bir ürək lazım idi.
Ameliya gülümsədi. Bu sözlər ona bir ev kimi idi — isti və etibarlı.
Lakin sakit günlər çox davam etmədi. Bir axşam Alis telefonunda atasıyla olan son səsi dinləyirdi və birdən... fon səsində bir səs eşitdi. Zorla seçilirdi:
— ...Samuel bizə çatmadan…
Alisin ürəyi dayandı. Samuel... bu ad onu uşaqlığa, qorxu dolu o gecəyə apardı. Səs faylını kəsdi, təkrar dinlədi. Şübhələr artıq qaranlıqda pıçıldamırdı. Onlar qışqırırdı.
Gözləntilərin Sınması
Alisin qəlbi qarışıq idi. Telefonda eşitdiyi o sirli səs, atasının qorxularının əsl səbəbini gizlədirdi. Bu, Samuelin onlarla bağlı olduğunu göstərirdi. Alis içindən bir səs mənə yalan deyirlər deyirdi.
Sabahı günü Alis Ameliyaya dedi:
— Mən bu səsin nə demək olduğunu tapmalıyam. Atamın ölümü sadəcə təsadüf ola bilməz. Ameliya diqqətlə baxdı:
— Mən səni dəstəkləyəcəm. Amma ehtiyatlı olaq.
Alis, Anri və Ameliya gizli araşdırmaya başladılar. Hər kəsin həyatında yavaş-yavaş narahatlıq artırdı. Anri, Ameliyanın yanında olmağa çalışsa da, Alisin artan qarmaqarışıq sualları onu narahat edirdi.
Bu zaman Leo da öz daxili mübarizəsini yaşayırdı. Atasının kim olduğunu Alisə deməmək onun üçün böyük yük idi. Samuellə bağlı məlumatların ortaya çıxacağı qorxusu ilə o, Alisdən uzaqlaşmağa başladı. Lakin Alis bunun səbəbini anlamırdı.
Bir gün parkda rastlaşanda Leo ürəyindəki sirləri bölmək istəyirdi:
— Alis, sənə deməli olduğum bir şey var, amma qorxuram... Ameliya o vaxt yanlarına gəldi, gərginliyi hiss etdi.
Araşdırmalar davam etdikcə Alis valideynlərinin ölümündə Samuelin rolunu sübut edən sənədlərə yaxınlaşırdı. Bir neçə şəxsi əlaqə və gizli mesajlar... Hər şey, Samuelin onları izlədiyini, qorxutduğunu göstərirdi.
Bir gecə Alis öz otağında keçmiş və indinin şəkillərinə baxarkən, ürəyi ağırlaştı. Sanki hər addımda atalarının xatirəsi ilə birlikdə Samuelin kölgəsi də vardı.
Eyni vaxtda Anri, Ameliyaya səmimi sözlərini açdı:
— Səni sevirəm, amma bunu deməkdən qorxurdum. Ameliya təəccüblə, amma xoşbəxtliklə qucaqladı:
— Mən də səni.
Onların münasibəti yavaş-yavaş ciddi bir məna daşımağa başladı.
Amma sirlər hələ bitməmişdi. Bir gün Alis evdə gizli bir sənəd tapdı .Samuelin keçmişdə Ethan və Emily ilə əlaqəli bir məktubu. Məktubda təhlükəli bir xəbərdarlıq vardı. Bu, artıq sadəcə bir düşmənlik deyildi, bu, uzun illərin qisası idi.
Fəsilin sonunda Alis, Leo, Ameliya və Anri bir-birinə baxır, həyatlarının bir anlıq da olsa sakit olmadığını anladılar. İndi həqiqətlər onları gözləyirdi.
Sirrin İşığında
Alis gizli sənədi əlində tutub diqqətlə oxuyurdu. Məktubda Samuelin hiddəti, illər əvvəl Ethan və Emily ilə yaşanan bir hadisə səbəbi ilə onların həyatını məhv etmək istədiyi açıq şəkildə göstərilirdi. Məqsəd sadəcə qisas almaq yox, həm də güc nümayişi idi.
Alis ürəyi döyünərək Ameliyaya dedi:
— Bu, sadəcə bir təsadüf deyil. Atamla anamın ölümü Samuelin əlidir. Biz hələ çox ehtiyatlı olmalıyıq.
Ameliya başını salladı:
— Bilirəm, amma sən tək deyilsən. Biz birlikdə güclüyük.
Eyni vaxtda Leo içindəki sirlə boğuşurdu. Samuellə əlaqəsini gizlətmək onun üçün hər gün daha da çətinləşirdi. Ancaq Alisi itirmək qorxusu onu susmağa məcbur edirdi.
Anri ona yaxınlaşıb dedi:
— Leo, dostlar sirlərini paylaşanda daha güclü olur. Sən bu yükü tək daşıma.
Leo dərin nəfəs aldı:
— Mən qorxuram, Anri. Qorxuram ki, Alis məni tərk edər.
Bu arada Alis, Anri və Ameliya Samuelin işləri ilə bağlı gizli məlumatları toplayır, polisə yaxınlaşmağa qərar verdilər. Lakin heç kim onların planlarından xəbərsiz deyildi.
Bir gün, Alis və Leo parkda tək qaldılar. Leo ürəyini açmağa qərar verdi:
— Alis, sənə bir şey deməliyəm... Mənim atam Samueldir.
Alis çaşdı:
— Nə? Amma... sənin atanın o adamdır? Leo başını aşağı saldı:
— Bəli. Mənim üçün də bu çox ağırdır.
Alis sakitcə dedi:
— Bizim aramızda çox şey var, Leo. Amma bu, bizi məhv etməməlidir.
Ameliya və Anri isə artıq bir-birlərinə qarşı hisslərini açmışdılar və birlikdə gələcəyə baxırdılar.
Fəsil sona çatanda dörd dost bir daha anladılar ki, keçmişdən qaçmaq mümkün deyil, amma birlikdə qarşılaşmaq, hətta ən böyük qorxuları da aşmaq mümkündür.
Gözlənilməz Qarşılaşma
Bir gün Alis, Ameliya, Leo və Anri birlikdə şəhərin kənarında yerləşən qədim bir kitabxanaya getdilər. Bu kitabxana Samuelin də vaxtilə gəzdiyi, işləri ilə bağlı sənədlərin ola biləcəyi ehtimal edilən yerdən biri idi. Qapıdan içəri girərkən sükut onları bürüdü. Tozlu rafların arasında Alis diqqətlə köhnə sənədlərə baxırdı. Birdən, Anri köhnə bir qutunu tapdı və diqqətlə açdı. İçində illərlə gizlədilən sənədlər, fotolar və notlar vardı.
Ameliya həyəcanla dedi:
— Bunlar Samuelin işləri ilə bağlıdır! Burada valideynlərimizin ölümü ilə bağlı nələrsə ola bilər.
Leo gözlərini qırpdı:
— Bu, bizim üçün həm fürsət, həm də təhlükədir. Amma gizli saxlamalıyıq.
Kitabxanadan çıxarkən, kənarda bir avtomobil dayanmışdı. İçindən tanış bir səs gəldi: — Gəzməyə gəldiniz, yoxsa başqa məqsədiniz var?
Dördü bir-birinə baxdı. Samuel qarşılarında dayanmışdı. Alis ürəyi sıxıldı, amma səsini itirmədən dedi: — Biz sadəcə gerçəyi bilmək istəyirik.
Samuel soyuqqanlıqla gülümsədi:
— Gerçəklər bəzən acı olur, qızım.
Bu qarşılaşma hər şeyi dəyişdi. Alis, Ameliya, Leo və Anri özlərini təhlükədə hiss edirdilər. Amma artıq qaçmaq mümkün deyildi.
Sirrlərin Kölgəsində
Günəş yavaş-yavaş üfüqdə batarkən, Alis, Ameliya, Leo və Anri şəhərin sakit bir küncündə bir araya gəldilər. Hər kəsin üzündə gərginlik və suallar vardı. Samuellə son qarşılaşma onların hər birini dərin düşüncələrə qərq etmişdi.
Leo sakitcə danışdı:
— Mən həmişə atasından uzaq olmuşam. Amma indi anlamağa başlayıram ki, bu ailə dramının içində daha çox şey gizlənir.
Alis ona baxaraq dedi:
— Biz birlikdə bu sirləri açacağıq. Artıq tək deyilik.
Ameliya isə ürəyində gizlədiyi qorxu ilə:
— Valideynlərimizin ölümü... bəlkə də bu, təsadüf deyil.
Anri başını tək-tək onların üzərinə qoydu:
— Samuelin əlində olan sənədlər bizə həm kömək, həm də təhlükə ola bilər. Amma onları araşdırmadan irəli gedə bilmərik.
Onlar qərar verdilər ki, kitabxanadan tapdıqları sənədləri gizli bir yerdə araşdıracaq, həm keçmişin sirlərini, həm də Samuelin niyyətlərini anlamağa çalışacaqdılar.
Amma Leo-nun içində narahatlıq vardı. Samuelin oğlu olmaq yükü, həm də təhlükəsi idi. O, atasından gizli işləmək istəyirdi, amma bu, asan olmayacaqdı. Gecə düşəndə, dörd dost bir araya gəlib plan qurmağa başladı. Onların qarşısında həm keçmişin qaranlıq sirləri, həm də gələcəyin bilinməz təhlükələri vardı.
Qaranlıq Planlar
Gecənin dərin sükutunda, Alis, Ameliya, Leo və Anri tapdıqları sənədləri diqqətlə incələyirdilər. Hər bir səhifədə valideynlərinin ölümünə dair ipucları vardı, amma çoxu qarışıq və anlaşılmaz idi.
— Burada yazılanlar daha böyük bir komplonun parçasıdır, — dedi Anri, qəzəb və narahatlıqla. Samuel təkcə bir düşmən deyil, o, bu oyunların mərkəzindədir.
Ameliya başını əlləri arasına aldı:
— Bəs biz nə edəcəyik? Hər addımımız izlənilir, təhlükə hər yerdədir.
Leo sakitcə dedi:
— Atamın mənə etdiyi təhdidlərdən sonra bilirəm ki, özümüzü qorumaq üçün güclü olmalıyıq. Amma mən də onu tam anlamıram.
Alis isə qərarlı bir şəkildə:
— Biz birlikdə olduğumuz müddətcə, heç kim bizi dayandıra bilməz. Bu sirləri açmaq və ədaləti bərpa etmək üçün hər şeyi etməliyik.
Qapıdan kənardan bir səs gəldi. Hamı ani olaraq səssizləşdi. Bir nəfər yavaş-yavaş içəri girdi. Qarşılarında Samuelin köhnə və yaxın əməkdaşı, həm də onların düşməni sayılan Rayan dururdu.
— Samuel sizinlə oyun oynayır, amma mənim başqa planlarım var, — dedi Rayan soyuq səslə. Bu oyunu mən başqa cür bitirəcəm.
Dörd dost qarşı-qarşıya baxdı. Onların qarşısında yeni və daha təhlükəli bir oyun başlayırdı.
Sərhədsiz Ümid..
Rayanın gəlişi hər şeyi dəyişdi. Onun gözlərində illərin kini və gizli məqsədi görünürdü. O, sənədlərə tərəf addımladı, sonra dayandı.
— Samuel sizi istifadə edir, — deyə başladı, — O, təkcə keçmişi gizlətməyə çalışmır, həm də gələcəyinizi idarə etmək istəyir.
Leo ona tərəf baxdı: — Bəs sən? Sən nə istəyirsən?
Rayan dodağını sıxdı, gözlərini Leo’dan qaçıraraq:
— Mən... itirdiklərimi geri istəyirəm. Samuel mənim ailəmi də məhv etdi. Mən ondan əvvəl davranmalıyam.
Alis irəli atıldı:
— Deməli, sən bizim düşmənimiz deyilsən?
Rayan başını yavaşca tərpətdi:
— Əgər mənimlə işləsəniz, sizə Samuelin gizlətdiyi bütün həqiqətləri göstərəcəm. Amma bu təhlükəli olacaq.
Hamı susdu. O an Alis anlayırdı ki, bu savaş sadəcə keçmişin qisası deyil – bu, gələcək üçün bir mübarizədir.
Bir neçə gün sonra dörd dost və Rayan Samuelin gizli arxivlərinə daxil olmaq üçün plan qurdular. Bu yer Samuelin illərdir gizlətdiyi hər şeyin mərkəzi idi – fotoşəkillər, gizli yazışmalar, hətta valideynlərinin ölümlərini sübut edən dəlillər...
Təhlükə içində, qorxularla üz-üzə gəldilər. Leo, atasının onu izlədiyini bilirdi. Amma bu dəfə o, qorxmurdu.
Samuel qəfil qarşılarında peyda oldu.
— Bütün bu oyunlardan sonra yenə də qarşımdasınız, hə? — dedi kinayəli bir gülüşlə.
— Leo... oğlum... sən beləmi seçdin?
Leo atasının gözlərinə baxdı, qətiyyətlə dedi: — Mən sənin yolunu deyil, həqiqətin yolunu seçdim.
Samuelin baxışları sərtləşdi. Amma bu dəfə o, tək idi. Rayan onun əleyhinə dönmüş, dörd gənc isə birlikdə dayanmışdı. Ameliya irəli çıxdı, Samuelin sənədlərini havaya qaldırdı: — Sən artıq gizlədə bilməyəcəksən. Həqiqət hər zaman qalib gələcək.
Samuel susdu. Bir neçə saniyəlik sükutdan sonra geri çəkildi. Bu dəfə məğlub idi. Aylar sonra…
Alis və Ameliya dəniz kənarında oturmuşdu. Leo və Anri bir az aralıda gülürdülər. Qaranlıq günlər geridə qalmışdı.
— Bax, Ameliya... biz itirdiklərimizi geri qaytara bilmədik, — dedi Alis, amma ümidimizi qoruduq.
Ameliya gülümsədi:
— Bəli. Çünki dostluq, birlik və həqiqət heç bir güc tərəfindən məhv edilə bilməz.
Səma aydın idi. Onlar birlikdə yeni bir səhifəyə başlamışdılar, sərhədsiz ümidlə.
Müəllifdən
Bəzən həyat bizi ayırır, bəzən qorxular yolumuza divar çəkir. Amma bu hekayədə bir şeyi göstərmək istədim: ümid heç vaxt ölmür. İllərlə çəkilən həsrət, itkilərin acısı və qorxuların içində belə, bir qığılcım – dostluq, sevgi və inam insanı ayaqda saxlaya bilər.
"Sərhədsiz Ümid" yalnız bir hekayə deyil. Bu, içimizdəki sınmayan iradənin, sevdiklərimiz uğrunda sonadək getməyin və keçmişin qaranlığına baxmayaraq, gələcəyə açıq gözlərlə baxmağın simvoludur.
Əgər bu əsər bir oxucunun qəlbinə toxundu, içində bir ümid oyatdısa, deməli yazdıqlarıma dəyər. Hər zaman xatırlayın: Sirr nə qədər dərin olsa da, ümid ondan daha dərindir. Və heç bir səs, sevgi qədər uzaqdan gələn güclü deyil.