Edebiyyat.az » Ədəbi tənqid » "Axınla aşağı" filmi haqqında

"Axınla aşağı" filmi haqqında

"Axınla aşağı" filmi haqqında
Ədəbi tənqid
admin
Müəllif:
19:46, 24 fevral 2025
423
0
"Axınla aşağı" filmi haqqında




 Məşhur rus yazıçısı Lev Tolstoyun, Anna Karanina əsərinin ilk cümləsində deyir ki, “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailənin isə özünəməxsus bədbəxtliyi var”. Rejissor Arif Rüstəmovun, “Axınla aşağı” filmi də, bir ailənin bədbəxtliyindən bəhs edir. Bəs, bu filmdəki ailənin, özünəməxsus bədbəxtliyi nə idi? Məqaləmdə bu mövzuya toxunacam.

  Mingəçevir şəhərində yaşayan Əli, avarçəkmə müəllimidir. Əli (Namiq Ağayev) evli və bir uşaq atası olduğu halda, ailəsi ilə olan bağları çox qopmuş haldadır, elə buna görə də, Əlinin evlilikdən kənarda, bir məşuqəsi var. Hətta məşuqəsi Əliyə özü ilə xaricə getməyi təklif edir, lakin Əlinin ailəsində baş verən faciə, bu arzunu, onların ürəyində qoyur.

 Əli avarçəkmə müəllimidir və öz tələbələrini bir yarışa hazırlayır, onun, tələbələri arasında öz yeniyetmə oğlu Ruslan da var. Əli nə qədər qabiliyyətli biri olsa da, təəssüf ki, oğlu onun kimi deyil. Lakin Əli onsuz da ailəsi ilə mənəvi cəhəttən maraqlanmadığı üçün, heç oğlunun vəziyyəti ilə də yaxından maraqlanmır. Əli bir baş qəhraman olsa da, eyni zamanda da antoqonist bir qəhrəmandır. Təbii ki, bunun bir çox səbəbi var idi, elə bunların arasında ən başlıca, səbəb də, Əli bu həyatda, özünü tam tamına tapmış biri deyil, elə buna görə də, bütün həyatında bu özünü göstərir. Əli oğlunu danlayır və elə hər şey də, burdan başlayır. Bir yeniyetmə oğlanın həyatında, ata hər zaman çox önəmli bir rol oynayır, lakin ata, bir tək fiziki olaraq yox, eyni zamanda da, mənəvi olaraq da olmalıdır. Ruslanın həyatındakı ata obrazı isə, bir tək fiziki olaraq var idi, elə buna görə də Ruslanın həyatı, onun ailəsinin faciəsi oldu. Türk rejissoru Nuri Bilge Ceylanın “Bir zamanlar Anadoluda” filminin əsas məğzi, intihar fəlsəfəsi idi, hansı ki, filmdə belə bir, sitat var ki, “bir insan, birini cəzalandırmaq üçün intihar etmirmi?”. Bu filmdə də, Ruslanın ölümü, intihar idimi, yoxsa sadəcə bir, qəza idimi, tam olaraq bilinmir. Sanki bir növ izləyiciyə görə dəyişir, mənim subyektiv baxış bucağıma görə isə, Ruslanın ölümü intihar idi, sanki bir növ insanın “varlığımla deyə bilmədiyimi, yoxluğumla deyərəm” deməsi kimi... Lakin film boyu tam olaraq bilinmir ki, Ruslanın ölümü bir qəza idimi, yoxsa intihar idimi. Ruslanın öldüyü filmin sonunda bilinir, lakin Ruslanın ortadan yox olması, filmin sujetində bir növ katalizator rolunu oynayırdı və bununla da, filmin sujeti əsas məqsəd üzrə getməyə başlayır, hansı ki, bu məqsəd Ruslanın tapılması idi. 

 Filmdəki maraqlı məqamlardan biri də, filmdə təbiətin də, mühüm rol oynaması idi. Hansı ki, Əli oğlunu tapmaq üçün yol çıxır və hər yerdə onu axtarır, bu yol həm də bir növ metafora rolunu oynayır.  Əlinin qayıq sürərək, oğlunu axtardığı səhnədə, həm təbiətin həzin küləyi, həm də arxa fonda səslənən həzin musiqi, bir növ bu yolun bir tək oğlunu axtarmaqdan yox, həmçinin də, insanın daxili dünyasına da gedən bir yol olduğunu əks etdirir.


 Əlinin gözlərinin bir yerə dalıb getməsi, daha sonra isə ətraf mühitdə baş verən hadisələrə sadəcə kənardan baxması, bütün bunların hər biri, həmçinin də, Əlinin öz həyatında belə, bir izləyici rolunu oynadığını göstərir. İnsan həyatındakı yolunu seçmədikdə, həyatın seçdiyi yolu getməli olur. Elə buna görə də, Əli öz yolunu seçə bilmədi deyə, həyatın ona seçdiyi yolla getməli olur. Əli bu yolda, bir tək oğlunu yox, eyni zamanda da, özünü axtarır, ən əsası isə, vicdanını təmizləməyin yolunu.

 Leyla (Mehriban Zəki)  isə ərinin biganəliyinə, xəyanətinə göz yuman bir həyat yoldaşı obrazı idi, ta ki, bu həyatdakı tək amalı olan, oğlunu itirənə kimi. Oğlunu itirmək, Leylanı çox dəyişir, ömür boyu susduğu halda, oğlunun yoxluğundan sonra artıq susmur, tam tərsi üzləşir. Əbəs yerə deməyiblər ki, “hər şeyini itirmiş insan, ən qorxulu insandır, çünki artıq itirəcəyi, heç nəyi qalmayıb” və elə buna görə də, Leyla da nə ərinə, nə də, ərinin məşuqəsinə susmur. Leyla həm əri ilə, həm də məşuqəsi ilə üzləşir, bu bir növ psixoloji insanın özünü ifadə etməsidir, qoxuları ilə savaşmasıdır. Filmdə Leylanın belə bir ifadəsi var “həmişə səni itirməkdən qorxurdum, amma indi isə oğlumu itirdim” Leyla öz qoxruları ilə üzləşir.

 Filmdəki maraqlı səhnələrdən biri də, Leyla ilə Əli Ruslanı axtararkən, bir su kanalına gedirlər və bu zaman, Leyla küləkli bir yerdə durub, axan suya baxır, bu da, mənə, yenə Ceylanın “Bir zamanlar Anadoluda” filmini xatırlatdı.


 Leylanın suya baxması, ətrafda uçan quşlar, eyni zamanda da axıb gedən, su kimi axıb gedən düşüncələr. “Bir zamanlar Anadoluda” filmində də, təbiət üzərindən, insanın daxili ruh halı əks olunur, əsən küləyin şiddətlənməsi, insanın daxili böhranını əks etdirdiyi kimi, “Axınla aşağı” filmində də, təbiət metafora rolunu oynayır.

 Filmin finalında isə bütün axtarış sona çatır, Ruslanın nəşi və Əlinin itirilmiş vicdanı. Lakin, unutmamalıyıq ki, bu həyatdakı ən dözülməz yüklərdən biri də, elə vicdan əzabıdır. Elə buna görə də, Əli evə dönən yolda, maşını saxladır və yol kənarında meyvə satan, cavan oğlandan meyvə alır və üzünü bulaşdıra-bulaşdıra, aldığı meyvələri yeyir. Elə bu səhnənin özü də metaforadır, hansı ki, ən əsas şey olan vicdan bulaşıb və kirlənib, üzü və əlləri meyvə ilə kirlənsə nə olar ki? Bu səhnə iki mənalı bir səhnə idi, birincisi qeyd etdiyim kimi metafora rolunda, ikincisi isə, katarsis rolunda, hansı ki, o gənc oğlan, təxmini elə Ruslanla yaşıd olardı. Əli Ruslana edə bilmədiyini, onunla yaşıd olan birinə etməyə çalışır, bununla da bir növ, vicdanını təmizləməyə çalışır, lakin meyvəyə bulaşmış əllərindən, üzündən bilinir ki, artıq çox gecdir.

Müəllif: Ağayeva Tavus


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)