Edebiyyat.az » Poeziya » Ülviyyə Əbülfəzqızının şeirləri

Ülviyyə Əbülfəzqızının şeirləri

Ülviyyə Əbülfəzqızının şeirləri
Poeziya
admin
Müəllif:
21:51, 12 sentyabr 2023
756
3
Ülviyyə Əbülfəzqızının şeirləri




Canın sağ olsun, canın sağ olsun!


Yoxluğunda qələmim iti bir bıçaq,

Heç əllərimdə onu istəmir.

O da can atmaz, əllər ondan qaçaq...

Saniyəölçən matəm havasında sürünür,

Dəqiqələr "möhtəşəm yası" davam etdirir.

Aritimiya saatı çoxdan unutdurub...

Saat sevgidən məhrum olmuş bir qoca,

Bu qoca çılğınlıqla ölümü arzular,

Arzu Əzrailin gəlişində bayram...

Ölüm qurtulmaqmı, de bu bəladan?

Ruhun sevdiyin ölüm alarmı?

Suallarım qulağında ildırım misalı.

Bağışla, çox yordum sükutunu...

Elə bil divarla danışıram axı,

Yenə də divara söykənmək olar.

Sənə söykənən yerdə çabalar...

Asıram özümü dərd kəndirindən,

Canın sağ olsun, canın sağ olsun!



Qara qış yuxusuna, ağ boya taxta çıxdı


Oxuyuram gözündən,

Qəlbinin ağrıların.

Gözlərimdə canlanır,

Oxuduğum mənzərə..

Nə çoxdur qara boya,

Çoxmu sevirsən onu?!

Boyanıb qara rəngdə,

Qəlbinin divarları.

Qara libas geyinib,

Titrəyən damarları.

Qəlbinin lap küncündə,

Paslı sandıq gizlənib.

Üstündə qara kilid.

Özünün öz qəlbindən,

Gizlətdiyin sirmi var?!

Axı qəlbindir, dostum,

Gizlətsən də anlayar.

Bir izn ver, sən  Allah,

Açım mən o sandığı.

Niyə xəsis olmusan?!

Paylaşsana mənimlə.

Dilin başqa söz deyir,

Qəlbin boynuna almır.

Söylə, görüm bir zaman,

Ağ boyanı sevdinmi?!

Nələri gizləyirsən?

Gözləri kədər İnsan.

Qüssə sənə sarılı,

Onumu izləyirsən?!

Gəl izn ver gözlərinə,

Məni alsın qəlbinə.

Qara boya tələsik

Ağ boyaya bürünsün.

Ala -qaranlıqda heç,

Düşündünmü nə olur?

Gecəylə səhər gizli

Vallah, qol-boyun olur.

Gözün səndən xəbərsiz

Qapını mənə açdı.

Budur keçdim qəlbinə,

Sandıq özü açıldı.

Kilid yaman qorxaqdı,

İndi bildim sandıqda

Sevgi özü dustaqdı.

Məni görən bu dustaq

Ətrafa nur saçırdı.

Qara əşyalarını,

Yığışdırıb qaçırdı.

Budur qəlbin divarı,

Qırmızıya boyandı.

Qara qış yuxusuna

Ağ boya "taxta çıxdı."



Xəyal adlı dünyada var olmaqdır yaşamaq

 

Unutmaq üçün çabalamaq, 

unutduğunu düşünüb

                    unutmamaqdır unutmaq.

 Gözünə həkk olmuş simanı silməyə cəhd, 

  gözünə cəza vermək- acı suda acımadan

                     boğmaqdır  xatırlamaq.

Xoşbəxt obraza dönüb

  həqiqət  misrasında matəm çadrasına bürünməkdir,

                     yas tutmaq.

Dilində  qəzəblə " Kimdir o? " söyləyib

qəlbində əzizləməkdir,

                    dəlicəsinə bağlanmaq.

Zamanını, ömrünü acizcəsinə

fəda etməkdir,

Ağlını azdırıb onun varlığına sarılmaqdır,

                     fədakar olmaq.

Bəxtinin ayaqlarına düşüb,

Onu qaytarmaq üçün əsl fəryaddır,

                     məzlumtək yalvarmaq.

Nədir? Nədir axı quru nəfəs almaq?

Ruhunu ondan ayrı vücud adlı məngənədə

                      sıxmaqdır yaşamaq.

 Ondan uzaq xəyal dünyasında -" zülm səltənətində" 


                       yaşamaqdır var olmaq!



     Buxar dövrüm

    

     Mənim kədərimin dili tutulub,

     Söyləyə bilməyir yaşananları.

     Səninsə,sevginin dili uzundur

     Durmadan bildirir öz hisslərini.

     Mənim qulaqlarım həvəsdən düşüb

     Bağlayıb qapısın dəmir zəncirlə,

     Sənin qulaqların çox həvəslidir

     Gözləyir səsimi uşaq həvəsiylə.

     Dilimi çəkicə gəl döndərmə sən,

     O kövrək qəlbini mən sındırmayım.

     Qəzəbli çəkici necə saxlayım?

     Axı necə edim, səni qırmayım...

     Səmanın  bəzəyi-Günəş görürsən,

     Nur kimi görünən bir zülmətəm mən.

     Ömrünə buz tutmuş Günəşmi lazım?

     Bəzən də gizlənər min kədər, min qəm,

     Saxta partılının saçaqlarında.

     Susubdur ilhamım, yazmaz qələmim,

     Gəl məndən bahara tərif istəmə.

     Görürsən ömrümdə boranlı qışdır,

     Yaz məni qəlbinə qara nöqtətək,

     Axı söyləmişdim, düşmə izimə,

     İndiki gəlmisən, son dəfə dinlə

     Yalanlar dəryası, qəm otağında,

     Keçib əyləşmişəm süfrə başında.

     Bir dayan, süfrəmə yaxınlaşma sən,

     Yox, qəddar deyiləm, istəmirəm mən.

     Acıdan, kədərdən qidalanasan, 

     Gecəni əyninə geyən qadını

     Gözlərin əbədi sevə bilərmi?

     De onlar doymazmı bu qaranlığa?

     Buz parıltısına aşiq  olanlar

     Dözə bilməzlər ki, soyuqluğuna,

     Buz vərdişkarıdır soyuq şaxtanın

     Alovlu nəfəsdə buxara dönər.

     Əlini atsan da, tuta bilməzsən

     Buxarın qanadı səmanı sevər,

     Sevgi dəryasıydı məskənim mənim.

     Eşqdən yananlara sərinlik idim,

     O soyuq şaxtaya aşiq olarkən

     Billməzdim sevdası buza döndərər.

     Elə tilsimdir ki, pozulmaz sehri

     Deyirlər qorxusu " üçə" bağlıdır,

     Dəryada günlərim indi xatirə 

     Ömrümün ən uzun dövrü buz imiş.

     Günəş nəfəsilə gecikən insan,

     Ömrümün sonudur, çox gec qalmısan.

     Buz dövrüm əriyir, can verir artıq,

     Bilirəm dəryada yerim yox mənim

     Səmalar gözləyir buxar dövrümü!


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (3)