Edebiyyat.az » Poeziya » Nicat Hunalpdan şeirlər

Nicat Hunalpdan şeirlər

Nicat Hunalpdan şeirlər
Poeziya
admin
Müəllif:
21:22, 25 noyabr 2023
1 265
0
Nicat Hunalpdan şeirlər




Ayaqqabı tənhalığı



Baxırdın gözümün içinə qəmli,

Elə bil bilirdin tək qalacaqsan

Mənsiz keçən günlər qəmli - kədərli,

O qapı önündə tozlanacaqsan

 

Səni saymayacaq daha bir adam,

Vallah çıxmayacaq kimsə yoluna

Tənha qalacaqsan pilləkən üstə

Dərd -kədər çökəcək yük tək qoluna

 

Darıxıb toz üçün, tozanaq üçün,

İstəsən gəzəsən sən o yolları

De hardan tapassan məni sən axı,

İndi ne men varam, nə ayaqlarım

 

Məni öldürdülər sisli bir gecə,

Susdu kül qabında siqaret külü

Mənimçün darıxma heç dərd eləmə,

Neynir o dünyada başmağı ölü

 

 

Qoy səni geyinsin küçə başında

Şaxtadan ayağı donan bir şair

Həsrətdən ürəyi, kədərdən sözü,

Ömrü xəzan kimi solan bir şair

 

 

Səni geyinməsin düşüncəsi dar,

Beyni kəm, ruhu kəm, bir yaddaşı küt

Bax elə o tozun, o tozanağın,

İçində sən yeni bir şair böyüt

 

 

Bir bulud ağlayır başımın üstə



Bir az köz atım qoy bu sözə barı,

Fələklə payımı böl yarı - yarı,

Tanrımı göndərib bu buludları,

Bir bulud ağlayır başımın üstə

                               

                               Özün bax sən Allah bu haya - küyə,

Ürəyim dayanmır o uçuq öyə,

Göy yerə qarışıb, yerdəki göyə,

Bir bulud ağlayır başımın üstə

 

Burda yaşamımda vallah havayı,

Pərişan görürəm günəşi, ayı,

Bir kimim kimsəm yox, məndən savayı,

Bir bulud ağlayır başımın üstə

 

Nə qədər adam var içimdə ölən,

Yoxdu ürəyimdə dərdimi bilən,

Nə çoxdu  halıma ürəkdən gülən,

Bir bulud ağlayır başımın üstə

 

Dayan, bir baş çəkim bu ağacada,

Orda qəlbi kabab, qarnı acada,

Tanrıdan aşağı, məndən ucada,

Bir bulud ağlayır başımın üstə

 

 

Ay göy üzü əl çək daha yaxamdan



Küsdürmüsən yenə ayı buludu,

Ay göy üzü əl çək daha yaxamdan

Çiçək ömrüm torpağında qurudu,

Ay göy üzü əl çək daha yaxamdan

 

Yağışında dərdim - sərim yuyuldu,

Arzularım ağac kimi oyuldu,

Yazıq canım tabutuna qoyuldu,

Ay göy üzü əl çək daha yaxamdan

 

Nə istədi axı səndən bu adam,

Axır çıxdı iman dindən bu adam,

Nə gördüki guya yerden bu adam,

Ay göy üzü əl çək daha yaxamdan

 

Həsrət üzdü o çiçəksiz arını,

Yel apardı cənnətinin barını,

Gizlətmisən milyon ildi Tanrını,

Ay göy üzü əl çək daha yaxamdan

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)