Edebiyyat.az » Proza » Cavid Musa - Nələr çəkdim, nələr düşünərkən nələr yaşadım...

Cavid Musa - Nələr çəkdim, nələr düşünərkən nələr yaşadım...

Cavid Musa - Nələr çəkdim, nələr düşünərkən nələr yaşadım...
Proza
admin
Müəllif:
17:16, 26 iyun 2022
2 185
0
Cavid Musa - Nələr çəkdim, nələr düşünərkən nələr yaşadım...




 Problemlər az imiş sanki mənim üçün. Çox sıxıntılar yaşamışdım, amma bu tamam başqa idi. Oğluma autizm diaqnozu qoyuldu. Həkimin ilkin tövsiyəsi belə olmuşdu ki, uzun illər onun üzərində çalışmalısan, övladına uzun zaman ayırmalısan. Təkcə bu tövsiyələri ağlımda qaldı, gerisini yuxu kimi unutmuşdum...
 Yoldaşım daha sakin görünürdü, evə necə gəldiyimi xatırlamıram, çantanı bir yana tullayıb, otağın bir küncünə çəkildim,  kürəyimi çarpayıya söykəyib elə hönkürtü ilə ağladım ki...
 Yoldaşım mənə sarılıb, qulağıma bir şeylər pıçıldayırdı, lakin bu sözlər mənim üçün bir şeyi dəyişmirdi. Ayağa qalxmaq üçün dəfələrlə oxlanmış, param-parça olmuş ürəyimin qırıntılarını əllərimlə bir-bir toplayıb, yenidən birləşdirib davam etməliydim...
Uzun zaman alacaq iş idi.
 İnsan ağlayanda ürəyi boşalır, sakitləşir axı. Mən isə daha gərgin və tədirgin olurdum. Hər şeyin tez düzəlməyini istəyirdim.
Günlər sonra özümü yavaş yavaş toplamağa başladım. Psixoloji reabilitasiya mərkəzləri axtarıram artıq. Bir mərkəzlə anlaşdıq, hər gün dərslərə gedirik, uşaqda hər hansı dəyişiklik müşahidə etmirəm, amma dərslərə hər gün davam edirik.
Hüseyn tapşırıqları yerinə yetirmək istəmir, çox tənbəl, həvəssiz, maraq dairəsi sıfır.  Bəzən müəllimlərinə baxır, göz kontaktı qürur amma reaksiya vermir... Sanki mənasız baxır...
 Bu hal aylardır davam edir. Uğursuz dərslər mənim gücümü aparır, gücüm tükənir.
Bir söz, bir kəlimə, bir mətləb öyrənsin daha başqa heçnə istəmirəm...  Hüseynin bir loqopedi var idi, bir gün mənə demişdi ki, ingilislərin qapısına qol vurmaq üçün mütəmadi hücum etmək lazımdır, onlar təhlükəli rəqib olsa da topu qapıdan keçirməyin yolu vardır, axı biz o yolu necə tapa bilərik müəllim? - Hücum etməklə. Mütləq bir səhf edib, sənə şans verəcəklər demişdi. Müəllimin bu sözləri elə bil qulağımda sırğa olmuşdu...
 Dərslərimiz bir il idi davam edirdi. Hüseyn əlində tablet ilə evdə gəzməklə məşğuldur ancaq.
Bütün gününü tablet oynamaqla keçirir, başqa heçnəyə maraq etmir, sevimli oyuncağı olmuşdu tablet.
Zaman keçir, biz bir nəticə əldə edə bilmirik, sadəcə zaman itiririk... O, müəllim də həmin mərkəzi tərk etmişdi...
Hüseynin artıq 5 yaşı var. Yenə evdə əlində tablet ilə fırlanır. Nə oldusa, iki saat əvvəl tableti pilləkəndan aşağı atdı. 
Bir autizmli uşaq üçün bu yeni bir şey deyildi. Gərgin və sıxıcı gün geridə qalmışdı, axşam saatları idi. Tablet qırıq-qırıq olmuşdu.
Bu anda düşünməyə başladım. Bu axmaq vərdişdən tamamən qurtulmalıyıq.
Hüseyn aludə olmuşdu, əl çəkmirdi ondan. Oğlum sakit biridir, elə ki əlindən sevimli tabletini almaq istəyirdim, özünü çırpırdı yerə, uzun uzadı ağlayır, ətrafı təpikləyirdi, bir anda dəhşətli əsəb keçirdirdi, tabletini geri istəyirdi.
İmkanı ola səhər axşam əlində tablet ilə oynayardı bu uşaq. Bezmek, yorulmaq anlayışı yox idi.
Tabletini qırıq qırıq olduğunu gördü və dayandı, bir anda sakitcə fikirə getdi, diqqəti bir nöqtəyə çevirdi, onun əziz dostu gözləri önündə öz əllərindən düşüb qırıq qırıq olmuşdu. Sabahı günü, heç görülməyən xoşbəxtlik duyğusu ilə bacı və qardaşını oyandırdı, onları adlarıyla çağırdı. Mən onunla artıq uzaq bir səyahətə çıxa bilərəm deyə düşünməyə başladım, çünki uzun zaman idi bir yerə getmirdim.
Təbii ki, bu asan olmayacaqdır. Sevdiyi əşyaları, kitabları və bəzi oyuncaqları götürüb şimal tərəflərə səyahət etdik.
Beş ildir puzzle xaric heç oyuncaq almadım ona, zatən oyuncaqlar ilə 10 dəqiqə oynar ya oynamaz.
Tabletin sonu... Mən Hüseyn ilə nələr etmirdim... Qayıqla gəzintilər. Məscid ziyarətləri. Park oyunları. Uşaq mahnıları. Mükəmməl deyil, amma bəzi davranış problemlərini uzun zaman oldu buraxdı. Bilmirəm mənim etdiyim dualar Tanrı qatında qəbul oldumu? 
Fərqli-fərqli sözlər eşidirəm ondan. Yeni bir normal əhatə yaranır ailəmizdə. Yeni dəyişikliyə hazır deyildik əslində, amma daha da irəli addımlar ağlımdan keçirməyə başlayıram. Məni tamamən hazırlıqsız yaxalayan bir çox dəyişikliyi ağlımdan keçirməyə başlayıram.
Oğlumu çox yaxından tanıdığımı bilirdim,  amma yenə də o axmaq bir cihazın onu dünyadan nə qədər uzaq tutduğunu bilmirdim.
Yorucu, həyəcanlı, təəcüblü bir dəyişiklik oldu. Əyləncəli oldu amma. Bir neçə gün sonra müəllimi dedi ki, Hüseyn bir uşağın əlindən tutub, və onları dərs otağına götürüb. Bunu daha öncə heç etməmişdi. Ayrıca, bu gecə qardaşına və dostlarına salam dedi.
Otağda yeni bir adamın olduğunu heç fərq etməyən uşaq indi qarşıladığı hər kəsə salam verir. Gerçəkdən mən indi çox qürur duyuram onunla...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)