Tural Sahab - Mən yazıçı olmaq istəyirəm.
Proza
Tural Sahab - Mən yazıçı olmaq istəyirəm.
Yazıçı dostum Nemət Mətinin yeni saytı üçün “ xeyirli olsun” babında bir yazı yazmaq istəyirəm. Yazıya elə Nemətin “ yazıçıyam deyə bilmək üçün ən azı beş roman yazmaq lazımdır” fikri ilə başlamaq istəyirəm. Həqiqətən də çox dərin mənalı sözdü... ən azı beş roman. Yəni, dayanmadan, ruhdan düşmədən yazacaqsan. Yazıçı olmağın yolu yazmaqdan keçir. Bizim yaşlı nəslin iki səhv fikri var. Birinci, deyirlər ki, gözlə yaşın, təcrübən artsın sonra yazarsan. Birdən o qədər yaşaya bilmədim, heç nə yazmadan ölüb getməliyəm.. eləmi? Bu düşüncənin nəticəsidir bəlkə də bir neçə romanla həyatlarını başa vuran yazıçılarımız olub. İ.Şıxlı kimi böyük yazıçının cəmi üç roman yazması kədərlidir. Kaş, daha çox yazmış olaydı. Eyni hal dünya ədəbiyyatdında tam əksidir. Aqata Kristi yetmiş roman yazıb... ikinci, məsələ isə mütaliədir. Elə hesab edirlər ki, yaxşı yazıçı olmaq üçün ancaq oxumalısan. Düzdür, kitab oxumadan, həm də çox oxumadan yazıçı olmaq olmaz. Lakin sadəcə oxumaqla yazıçı olmaq olsaydı, hal – hazırda çoxlu dünya şöhrətli yazıçımız vardı.... yazıçı olmaq üçün yazmaq lazımdır, həm də lap çox. Hər gün yazmaq... heç olmasa günə bir səhifə.
Mən yazıçı olmaq istəyirəm. Səbəb isə xatırlanmaq, sevilmək istəyidir. Unudulmaqdan, yox olmaqdan çox qorxuram. Istəyirəm ki, mən öldükdən sonra da insanlarla söhbət edim. Mənim düşüncəm, sevgim, kinim yaşasın. Ölümsüz olsun. Hər şeyin xəyalını qurmaq olur, bircə ölümdən savayı. Düşünə bilmirəm öldüyümü, daha nəfəs almayacağımı. Adam az qalır dəli olsun. Yaz gəlir, güllərin-çiçəklərin ətri ətrafa yayılır. Oğlanlar qız sevir, qızlar naz edir... və bütün bunlar olarkən sən torpağın altın çürüyürsən. Söz, fikir ölmür, onu dəfn etmək mümkün deyil. Onun üçün yazıram... dayanmadan yazmaq istəyirəm. Susuz qalan köhlən at suya doğru necə qaçırsa, bax o cür ehtirsla yazıram.... yazıram. Azadlıq mənim üçün hər şeydi. Bilsəm ki, əməl edəcəklər. vəsiyyət edərəm ki, öləndə məni bastırmayın. Öncə yandırın, sonra da küllərimi küləyə sovurun. Qoy, azad olsun, azad yox olsun hər zərrəm...
Insanları heç vaxt başa düşə bilməyəcəm. Niyə yardım etmək, əlindən tutmaq varkən, paxıllıq hissi ilə məhv etməyə çalışırlar bir- birlərini. Gədəbəyin ucqar bir dağ kəndində yaşayır, işləyirəm. Ədəbi tədbirlərdən, ədəbi qruplaşmalardan uzağam. Yenə nifrət edənlər çoxdu mənə öz həmkarlarımdan. Yazılarımı saytlara vermirlər, hətta ədəbiyyat qrupunda paylaşdığım qısa hekayələrə belə embarqo qoyurlar. Və bu adamlar ədəbiyyata, sənətə xidmət etdiklərini deyən adamlardı. Və bu insalar öz yaxınlarını, dostlarını dünya şöhrətli yazıçı adlandıracaq qədər saxtakar insalardı....
Martin İden əsərini, Cek London bütün yazarların adından yazıb. Hamımızın ümidlərini, sevgilərini... hamımızın intiharını yazıb. Yazıçı olmaq bəzi həqiqətləri hamıdan öncə anlayıb, bəzi acıları hamıdan artıq yaşamaqdı.... ümid edirəm insanlar o qədər xoşbəxt olar ki, heç kim yaşaya bilmədiklərini yazmağa məcbur olmaz.
Və ümid Edirəm ki, Nemət müəllim yeni saytında digər redaktorların səhvlərini təkrarlamayacaq. Əslində bu ümiddən çox inamdır...

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
TURAL İLYAS - KARANTİN
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ